"Makron kifayət qədər yetişmiş siyasətçi deyil" ÖZƏL-RƏY

“Bu gün Fransada vəziyyət çox gərgindir. Neçə aydır ki, Fransa prezidenti Emmanuel Makronun istefasını tələb edən qüvvələr var. Heç şübhəsiz ki, dünyada da ən böyük erməni diasporası Fransadadır. Təxminən orada 4 milyon erməni yaşayır. Ona görə də ermənilər həmin vəziyyətdən istifadə edib”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, Makron kifayət qədər yetişmiş siyasətçi deyil: “Çünki ona nə sifariş verilir onu icra edir. Hal-hazırda da o ermənilərdən həmin sifarişi alıb. Təbii ki, onun 24 apreli “erməni soyqırımı” kimi elan etməsi Türkiyə-Fransa münasibətlərinə çox pis təsir göstərəcək. Amma Azərbaycan öz sözünü deməlidir. Başqa vaxt Azərbaycan müxalifəti öz yaxasını cırır ki, bunlar türkləri, Türkiyəni sevirlər. Onlar küçələrə çıxıb sülənənə qədər gəlib orada elan etsinlər ki, biz Fransa səfirliyinin qarşısında Türkiyənin haqlarının qorunması ilə bağlı mitinq istəyirik. Əgər Bakı şəhər İcra hakimiyyətə onlara icazə verməsə o zaman deyə bilərlər ki, bu iqtidar demokratiyanı sevmir. Amma görünür bunlara başqa şeylər lazımdır. Makron hansı tapşırıqları yerinə yetirirsə təəssüf ki, bunlar da o tapşırıqları yerinə yetirir. Rəsmi Bakının bu məsələlərə mövqeyi birmənalı şəkildə mənfi olacaq. Amma Azərbaycanın özünün də hal-hazırda müəyyən problemləri var. Bütün hallarda biz Türkiyənin yanındayıq. Türkiyə haradadırsa Azərbaycanın da mövqeyi oradadır”.

sia.az