Siyasət

  • 4 332

"Hər bir azərbaycanlı bu ləyaqətsizliyin cavabını verməlidir" ÖZƏL-MÜNASİBƏT

image

“Xaricdə oturub Azərbaycanın müqəddəs ailə dəyərlərinə belə əl uzadanlar bu millətdən ola bilməz. Bunlar mütləq Azərbaycana qənim kəsilmiş məlum millətlə qanı qarışmış ünsürlərdir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, əsl Azərbaycanlı nə olur-olsun, heç vaxt ailə, qadın məsələlərinə bu qədər tərbiyəsiz və əxlaqsız müdaxilə etməz! Əsl Azərbaycan kişisi ən qatı düşməninin belə ailəsinin, qadınının namusunu öz namusu qədər dəyərli bilər, onu qoruyar: “Amma gördündüyü kimi, xaricdəki bəzi ünsürlər bütün bu dəyərləri ayaqlar altına atıb. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycanlı bu ləyaqətsizliyin cavabını verməlidir. Biz, siyasi mübarizəyə ailənin-qadınların alət edilməsini heç cür məqbul saya bilmərik və bu adamların bir an öncə dayandırılması lazımdır. Yeri gəlmişkən, bunlar əgər başqalarının ailəsinə-qadınına əl və dil uzadırsa, demək ki, öz ailələrindəki qadınlara heç bir sayğıları yoxdur. Öz ailəsinin qadınlarına sayğı duyanlar başqa qadınlara da sayğılı davranar. Bunlarsa əksini edir. Sadəcə onların ailələrindəki qadınlara yazıq olur”.

sia.az

Digər xəbərlər