Siyasət

  • 4 822

“Vəziyyət Respublikla partiyasının dövründəki kimidir” "HRAPARAK"

image

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, baş nazir Ovik Abraamyan vaxtilə hökumətin iclasından sonra nazirlərin mütləq şəkildə əsas giriş qapısına gedərək, jurnalistləri maraqlandıran sualları cavablandırmağa göndərirdi və nazirlər də aşağıya düşərək verilən sualları cavablandırırdılar. Jurnalistlər bundan sevinirdilər, lakin sonradan təəssüflənməyə başladılar. SİA xəbər verir ki, adıçəkilən nəşrin yazdığına görə, buna səbəb nazirlərin arxa qapı vasitəsilə aradan çıxmaları olub. Nəticədə bir neçə “qorxmaz” nazir əsas giriş qapısından çıxmağa cürət edərək, jurnalistlərin suallarını cavablandırırdılar.“Eyni hallar Karen Karapetyanın da baş nazirliyi dövründə yaşanıb”, deyə yazan qəzet qeyd edir ki, mətbuat işçiləri Nikol Paşinyanın hakimiyyətə yiyələnəndən sonra bənzər hadisələrin yaşanmayacağına ümid edirdilər: “Lakin ümidlər puça çıxdı. Baş nazir jurnalistlərlə söhbət edir, lakin iclaslardan sonra, yeni seçildiyi əvvəlki vaxtları kimi, daha aşağıya düşmür. Onda o, ya jurnalistlərin, ya da mitinqçilərin yanına düşürdü. İndi nəinki baş nazir, heç onun nazirləri də jurnalistlərlə görüşməkdə maraqlı deyillər və iclasdan sonra aradan çıxmaqla məşğuldurlar”.“Bir dəfə də olmayıb ki, iclasdan sonra hökumət binasının əsas çıxışından baş nazirin müavinləri Mqer Qriqoryan, ya da Tiqran Avinyan çıxsın”, yazan erməni nəşri qeyd edir ki, hətta sonuncu özünü “boz kardinal” kimi hiss edir və jurnalistlərlə müksimum şəkildə az danışır, yalnız kulisaraxası intriqalarla məşğuldur: “Eləcə də, müdafiə naziri David Tonoyan, XİN rəhbəri Zoqrab Mnatsakyan, maliyyə naziri Atom Djandjuqazyan, ədliyyə naziri Artak Zeynalyan, FHN rəhbəri Feliks Tsolakyan aşağı düşməyənlər sırasındadırlar. Onlar arxa qapısan çıxaraq, park edilmiş hökumət avtomobillərinə oturub-gedirlər. Jurnalistlərlə əsasən, elm və təhsil naziri Tiqran Xaçatryan, dövlət gəlirləri komitəsinin sədri David Ananyan görüşürlər. KİV nümayəndələri bəzən onlara səlahiyyətlərinə aid olmayan suallar verməyə məcbur olurlar. Bir sözlə, vəziyyət Respublika partiyasının dövründəki kimidir”.

sia.az

Digər xəbərlər