Siyasət

  • 3 982

“Azərbaycan və Türkiyə hər zaman bir birinin yanında olacaq"

image

"Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycan deputatlarına təbrik məktubu və hədiyyəsi Türkiyə ilə Azərbaycan arasında qardaşlığın dərinləşməsini göstərir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.O bildirib ki, Türkiyə Parlamentinin sədri tərəfidən atılan bu addım iki ölkə arasında olan qardaşlığın möhkəmliyini göstərir: “Xatırlamıram ki, indiyədən hanısısa ölkənin parlament sədri Azərbaycan deputatlarına məktub göndərərək onları xüsusi hədiyyə ilə təbrik etsin”.İki ölkə arasında qarşılıqlı əlaqələrin yüksək olduğunu deyən A.Mirzəzadə söyləyib ki, həm iki ölkənin parlament sədri, həm də deputatlar arasında isti münasibətlər mövcuddur: “Azərbaycan və Türkiyə hər zaman bir birinin yanında olacaq. Türkiyənin sevinci bizim sevincimiz, kədəri isə kədərimiz olacaq”.Deputat çıxışı zamanı həmkarı deputat Zahid Orucu yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib.

sia.az

Digər xəbərlər