Siyasət

  • 3 250

"Prezidentin fikirləri Ermənistana xəbərdarlıq olmalıdır" AÇIQLAMA-ÖZƏL

image

“Prezident İlham Əliyev ötən gün verdiyi müsahibəsində bir çox mühüm məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminə toxundu. Ortada olan fakt Ermənistanın ölkəmizin torpaqlarının bir hissəsinin işğal etməsi və indiyədək ərazi bütövlüyümüzü tanımaqdan imtina etməsidir. Məhz bu tərs və beynəlxalq hüquqa zidd olan mövqe həm Ermənistanın əvvəlki rəhbərləri olan Koçaryan və Sarkisyanın hakimiyyətdən getməsinə, xalqına qarşı cinayətinə görə hüquq mühafizə orqanları qarşısında cavab verməsinə gətirib çıxarıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, Azərbaycanda ümid edirdilər ki, yeni hakimiyyət onların taleyindən nəticə çıxaracaq və məsələni ədalətlə həll edilməsinə üstünlük verəcək: “Ancaq bununla belə hələ də yeni hakimiyyətində Dağlıq Qarabağ məsələsində mövqeyi tam aydın deyil. Gah onlar danışıqlara gedir, məsələnin konstruktiv həllinə maraq göstərirlər, bəzən isə qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürürlər. Buna görə də Azərbaycan problemin həllinin vacibliyini əsas götürərək, bütün variantları daim gündəlikdə saxlayır”.A.Mirzəzadə söyləyib ki, burada danışıqların sülh yolu ilə davam etdirilməsi, Ermənistan tərəfini ərazi bütövlüyümüzü tanımağa çağırış siyasəti, eyni zamanda hərbi potensialımızın artırılması məsələsi dayanır: “Azərbaycan öz uğurlu iqtisadi siyasəti nəticəsində bu gün güclü silahlı qüvvələr saxlamaq iqtidarındadır. Ən yeni silahlar alınır, hərbi təlimlər keçirilir, zabit və əsgərlərimizin döyüş ruhu yüksəkdir. Bundan irəli gələrək, 3 il bundan əvvəl aprelində Azərbaycan strateji yüksəklikləri ələ keçirdi. Ötən ilin may ayıda Naxçıvanda Günnük kəndi işğaldan azad edildi. Bu isə Ermənistandan Dağlıq Qarabağ bölgəsinə gedən arteriyaları nəzarətdə saxlamağa imkan verdi”.Azərbaycan qurduğu silahlı təchizat, taktiki hazırlıq cəhətdən Ermənistandan qat-qat üstün olduğunu deyən deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıq şəkildə bildirir ki, biz danışıqlara üstünlük versək də problemin hərbi yolla həlli gündəlikdən çıxmayıb: “Paşinyan hakimiyyəti bunu diqqətdə saxlamalıdır. Yeni Aprel hadisələri baş verərsə, artıq bu dəfə Paşinyanın nə dərəcədə hakimiyyətdə qalacağı ciddi müzakirə mövzusu ola bilər. Bu baxımdan cənab Prezidentin ötən gün verdiyi müsahibədə Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar ölkəmizin mövqeyini səsləndirməsi, Ermənistana böyük bir xəbərdarlıq olmalıdır. Həmçinin Azərbaycan cəmiyyəti bilməlidir ki, problemin həlli istiqamətində görülən işlər nədən ibarətdir və Azərbaycan Prezidentinin siyasəti xalqımızın milli maraqlarına tam uyğun olaraq həyata keçirilir”.A.Mirzəzadə qeyd edib ki, Ermənistandan hakimiyyətin tam şəkildə formalaşmayıb: “ Ölkə rəhbərlərinin rəsmi görüşü hələ baş tutmayıb. Beynəlxalq tədbirlər çərçivəsində həyata keçirilən qeyri-rəsmi görüşlər problemin həlli istiqamətində ciddi danışıqların başlandığı kimi hesab etmək olmaz. Ümid edirik ki, Paşinyan real həyatın incəliklərinə vardıqca, işğalın Ermənistan üçün böyük bəla olduğunu fərqinə varmalıdır. Bu baxımdan hər şey Paşinyan və Ermənistanın seçimindən asılı olacaq. Danışıqlar yolu Ermənistan üçün ucuz və sərfəli yoldur, qarşıdurmaya üstünlük verəcəklərsə, o zaman onlar layiqli cəzalarını alacaqlar”.

sia.az

Digər xəbərlər