Siyasət

  • 3 182

"Aİ-nin özü də Azərbaycanla isti münasibətlər qurmaqda maraqlıdır" ÖZƏL-RƏY

image

"Biz Avropanın bütün qurumları ilə daim sıx və səmərəli əməkdaşlıq etmişik. Hər zaman da Avropa dəyərlərinə, demokratiya anlayışına, insan hüquq və azadlıqlarının qorunmasına, Beynəlxalq Hüququn prinsiplərinə sadiq olmuşuq. Bu, cənab Prezidentin, mövcud hakimiyyətin yürütdüyü siyasətdir və ölkə rəhbərinin məlum kontekstdə növbəti açıqlaması da onu deməyə əsas verir ki, xətt dəyişməyib, eynidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib."Mən sadiqlik məsələsini sıradan bir detal kimi vurğulamadım. Çünki Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliklərə, dostluq, qonşuluq, tərəfdaşlıq münasibətlərinə hər zaman ciddi yanaşıb. Amma paralel istiqamətdə arzulamışıq, bizə qarşı da eyni adekvatlıq sərgilənsin. Düzdür, ara-sıra beynəlxalq aspektdə ədalətsizliklərlə, ikili standartlarla qarşılaşırıq. Amma bu məqamda belə bütün Avropanı qınaq obyekti eləmək olmaz. Avropa bizim üçün həm də ciddi bir tribunadır, Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün vasitədir. Təbii, bu vasitələrdən maksimum yararlanmağa çalışırıq. Çünki diplomatiyadakı yararlılıq, uğur birbaşa ölkənin adına, imicinə təsir edən məsələdir. Düşünürəm, Avropa İttifaqının özü də Azərbaycanla isti münasibətlər qurmaqda maraqlıdır. Ölkəmiz inkişafın elə yüksək mərhələsində, strateji müttəfiqliyin ələ lazımlılıq səviyyəsindədir ki, istənilən sağlam qüvvənin, təsisatın, təşkilatın bizimlə əməkdaşlığı ancaq faydalılıq tərəfdən müzakirə oluna bilər"-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər