Siyasət

  • 3 491

"Beynəlxalq hüquq normaları işləmir, əvəzində güc ön plana keçib" RƏY-ÖZƏL

image

“Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün müsahibəsində də qeyd etdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vəziyyət o qədər də ürək açan deyil. Beynəlxalq hüquq normaları işləmir, əvəzində güc, zorakılıq ön plana keçib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, Azərbaycana gələndə beynəlxalq hüquq qaydalarını tətbiq etmək məsələsində prinsipsizliklərə, eyni zamanda ikili standartların meydan sulamasına yol verilir.Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin 4 qətnaməsi, beynəlxalq hüquq normalarının bu istiqamətdə maddələri olmasına baxmayaraq, onların heç biri həyata keçirilmir: “Üstəlik də Ermənistanın baş naziri Nikol Paşinyan kimi bir avantürist millətçiliyinin şovinist dəyərlərinə söykənərək, Azərbaycana qarşı meydan sulamağa çalışır. Azərbaycan Prezidenti ötən gün müsahibəsində də haqlı olaraq bir daha qeyd etdi ki, beynəlxalq hüquq normaları tətbiq edilsə, bu dünya nizamına və düzəninə müsbət təsir göstərər bilər. Amma təəssüf ki, tətbiq edilmir. Elə təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız zahirən mövcuddur. Əslində güc və zorakılıqdan istifadə edilir. Təcavüzkar müharibələr siyasəti ön plandadır”.Q.Hüseynli qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin ətrafında yaradılan süni ajiotaj hüquqa söykənməyən, zorakılığı əldə əsas tutan Ermənistan tərəfinin sanki hər şeyi diktə etdiyini deməyə əsas verir.“Azərbaycan Prezidenti İlham Əliyev ötən gün müsahibəsində bir daha bildirdi ki, Azərbaycan sülh danışıqların beynəlxalq hüquq normaları çərçivəsində aparılmasına razıdır. Bununla yanaşı Azərbaycan güclü hərbi potensialına da malikdir. Reallıq tələb edir ki, Azərbaycan hərbi potensialını, gücünü artırsın. Çünki, arxasında güc dayanan diplomatiya daha kəsərli çalışmaq imkanına malikdir, sözü daha kəsərli və danışıqlar masası ətrafında daha inamlı hiss edir. Azərbaycanın münaqişənin həlli ilə bağlı gəlib çatdığı nöqtə Ermənistana həm hərbi gücünü göstərmək, həm də danışıqlar masasına beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyü məsələsini qoya bilməkdən ibarətdir. Azərbaycan heç kimin daxili işlərinə qarışmırıq. Sadəcə ölkəmizə qarşı həyata keçirilən etnik təmizləmə sayəsində 1 milyona yaxın insanın hüquqlarını müdafiə etmək əzmində olduğunu bəyan edir”, - deyə politoloq əlavə edib.

sia.az

Digər xəbərlər