Siyasət

  • 3 562

"Heç bir insan başqa bir kimisə təhqir etməməlidir" ÖZƏL-ŞƏRH

image

“Bu gün “söyüş kampaniyası”nı davam etdirən və Avropa oturan bəlli insanlar mənəviyyatca çox kasad, əxlaq normalarına riayət etməyən dəyərləri ölmüş adamlardırlar. Burada konkret olaraq bir neçə şəxslər var. Orduxan Teymurxan, Vidadi İsgəndərli, Sadıq Mirzəli, İnqilab Kərimov və digərlərini buna şamil etmək olar. Çünki normal mənəviyyata sahib olan, ailə tərbiyəsi görmüş bir şəxsiyyət heç bir halda kiminsə ailəsi haqqında təhqir işlətməz. Bizim mental dəyərlərimiz var”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.BAXCP rəsmisinin sözlərinə görə, min illərdir formalaşmış Azərbaycan xalqının, türkünün, kişisinin dəyərləri var: “Bu dəyərlər hər zaman qorunur. Dini, milli və kimlik baxımından bunlar toxunulmaz sayılır. Amma sözügedən insanlar məqsədli şəkildə aldıqları təlimat əsasında bilərəkdən bu cür “söyüş kampaniyası”nı həyata keçirirlər ki, insanların gözü qarşısında qorxu, xof yaratsınlar. Siz fikir verin ki, bu adamlar kimə qarşı bunu istifadə edirlər. Dövlət maraqlarını müdafiə edən, cənab Prezidentə sədaqətli olan, daim milli maraqları müdafiə edən şəxslərə, partiya sədrlərinə, ölkə başçısının komandasında olan komanda üzvlərinə, ziyalılara, deputatlara və s. qarşı “söyüş kampaniyası” aparırlar. Onlar məqsədli şəkildə bu adamlara qarşı bu cür iyrənc mövqe tuturlar ki, dövlət maraqlarını müdafiə edən adamlar az olsun. Qorxu imicini möhkəmləndirmək üçün bu cür mənəviyyatsızlığa yol verirlər. Heç bir insan başqa bir kimisə təhqir etməməlidir. Bu təhqirlərə məruz qalan insanlardan biri də mənəm. Çünki mən sosial şəbəkədə minlərlə insanla işləyirəm və öz mövqeyimi açıqlayıram.Mən “facebook”da Prezidentin oğlunun hərbi xidmətdə olan fotosu ilə əsgərlik yaşı çatmış, amma hərbi xidmətə getməyən AXCP sədrinin oğlunun şəklini müqayisə edib yaymışam. Mənim həmin statusum Azərbaycan mətbuatında informasiya olaraq dərc edilib. Həmin yazının oxunma sayı 130 mindən artıq idi. Bu yazı mətbuat üzərindən 140 min adama çatıb. Mən sadəcə olaraq həqiqəti yaymışam. Əli Kərimlinin oğlu fərrarilik etməklə məşğuldur. Əli Kərimli isə aldatdığı gənclərdən istifadə edərək özünün siyasi məqsədlərini həyata keçirmək istəyir. Əli Kərimlinin oğlunun 28 yaşı var, amma gəlib əsgərlik borcunu yerinə yetirmir. Axı sənin oğlun kimdən artıqdır. Ona görə də məni saxta profillərlə “söyüş kampaniyası”na tutdular. Onlar bunu planlı şəkildə edirlər. Bu gün o təhqirə ən ağır formada məruz qalan da məhz “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyevdir. Onu məqsədli şəkildə çəkindirmək istəyirlər ki, dövlət maraqlarını müdafiə edən, Prezidentin mövqeyini müdafiə edən yəni ölkə başçısına sədaqətli olan adamlar bu cür təhqirlərə məruz qalsınlar. Eləcə də onlar Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənova qarşı bu cür iyrənc yollara əl atırlar. Onların məqsədi sadəcə olaraq insanlar arasında xof yaratmaqdır”.

sia.az.

Digər xəbərlər