Siyasət

  • 3 835

Deputatlarımız Avstraliyaya gedir

image

Milli Məclisin Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər.Məclis Aparatından SİA-ya verilən məlumatına görə, deputatlarımız bir sıra görüşlər keçirəcək, Azərbaycanla Avstraliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə məsələləri müzakirə edəcək, qanun yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcəklər.Səfər fevralın 27-də başa çatacaq.

sia.az

Digər xəbərlər