Siyasət

  • 3 856

YAP Gənclər Birliyinin nümayəndəsi Moskvada «Edinaya Rossiya»nın gənc qvardiyaçılarının IX Qurultayında iştirak edib

image

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisinin koordinatoru Aytən Hüseynova Rusiyanın hakim «Edinaə Rossiə» Partiyasının gənclər qolu-«Molodaə Qvardiə Edinoy Rossii» təşkilatının (MQER) IX Qurultayında iştirak edib.

Aytən Hüseynova səfər çəçivəsində «Edinaə Rossiə» Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri, partiyanın baş katibinin müavini Andrey Klimov və Rusiya Dövlət Dumasının sədrinin müşaviri, aparıcı hüquqşünas Vladimir Pliginlə görüşdə iştirak edib. Görüş zamanı beynəlxalq əlaqələr və beynəlxalq hüquq normaları haqda, dünyada gedən hazırki siyasi proseslər, ölkələrarası iqtisadi və siyasi əlaqələr və s. haqda geniş müzakirə aparıldı.
YAP GB-nın əməkdaşı Aytən Hüseynova “Beynəlxalq hüquq normaları sisteminin qurulmasında gənc siyasi liderlərin rolu” mövzusunda keçirilən dəyirmi masada Azərbaycanda gənclər siyasəti, gənclərimizin beynəlxalq arenada təmsilçiliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Avropa və Asiyada fəaliyyət göstərən siyasi partiyaların gənclər təşkilatları ilə sıx əlaqələri, bir neçə beynəlxalq gənclər təşkilatında isə tamhüquqlu üzv olması barədə məlumat vermişdir.

yap.org.az

Digər xəbərlər