Siyasət

  • 2 508

"Ermənistanın danışıqlara getməkdən başqa çıxış yolu yoxdur" AÇIQLAMA-ÖZƏL

image

“Münhen bir sıra dövlət başçıları və nazirlərin görüşməsi üçün nəzərdə tutulan meydançalardan biridir. Orada ölkələrin rəsmiləri arasında fikir mübadiləsi aparılır, açıq söhbətlər gedir. Lakin konfrans çərçivəsində baş tutmayan Azərbaycan-Ermənistan XİN başçılarının görüşündən gözləntilərimiz o qədər də böyük deyildi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Ermənistan tərəfinin danışıqlara, problemin həlli istiqamətində güzəştə getməyə hazır olmadığını deyən politoloq söyləyib ki, bununla yanaşı düşmən ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən təzyiqlərin olduğunu da başa düşür.F.Sadıqov söyləyib ki, Ermənistana təzyiqlər o qədər də ciddi deyil: “İşğalçı tərəfin ziddiyyətli hərəkətləri bir daha göstərir ki, onlar problemin həlli istiqamətində prioritetlərini cızmayıblar. Bu baxımdan da onlar problemin həllini uzatmağa çalışır, beynəlxalq hüquq normalarına əməl etməkdən yayınırlar”Paşinyanın guya Azərbaycana qarşı yumşaq mövqe sərgiləməsi ilə bağlı Ermənistanda tənqid atəşinə tutulduğunu dilə gətirən politoloq vurğulayıb ki, bunun özü də Münhen görüşün baş tutmamasına səbəb ola bilər: “Bütün bunlar Ermənistanın münaqişənin həlli istiqamətində addım atmağa hazır olmadığını bir daha sübut edir. Lakin Ermənistan danışıqlara məhkum edilib, onların başqa çıxış yolu yoxdur. Ümid edirəm ki, tezliklə bunun onlar da başa düşəcəklər”.F.Sadıqov əlavə edib ki, Ermənistan tərəfindən atılan addımların hamısı daxili cəmiyyətə hesablanıb: “Yeni hakimiyyət daxildə mənfi rezonansdan çəkinir. Amma bu belə davam edə bilməz. Onlara qarşı dünya birliyi, ATƏT-in Minsk qrupu həmsədrləri, eləcə də Azərbaycan tərəfindən hərbi siyasi diplomatik təzyiqlər artırılmalıdır. Yalnız hücumedici addımlar Ermənistanı sağlam addımlar atmağa məcbur edə bilər”.

sia.az

Digər xəbərlər