Siyasət

  • 3 277

"Soyqırımı ilə bağlı dünya ictimaiyyətini daima məlumatlandırmalıyıq” ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə Azərbaycan ictimaiyyətinin hər bir üzvü Xocalı soyqırımı haqqında məlumatlıdır. Hesab edirəm ki, biz bunu artıq gələcək nəsillər üçün daima çatdıra biləcəyik. Bunun barəsində hər birimiz bir məlumat mənbəyi kimi çıxış edə bilirik. Eyni zamanda biz Xocalı faciəsini dünya ictimaiyyətinin diqqətinə əsasən çatdıra bilmişik". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, bu məsələdə Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev hər birimiz üçün bir nümunədir: "Onların bununla bağlı xarici səfərlərində, beynəlxalq xarici dövlətlərin Azərbaycana gələn nümayəndələrlə görüşdə və verdikləri müsahibədə çox təfsilatı ilə məlumatlar var. Xaricdə fəaliyyət göstərən diplomatik nümayəndələrimiz və diaspora təşkilatlarımız da Xocalı soyqırımı ilə bağlı fəaliyyət göstərdikləri ölkədə məlumat verə bilirlər. Qeyd edim ki, artıq 20-yə qədər çoxlu sayda ölkənin, eləcə də ABŞ-ın isə 20-yə qədər ştatının Xocalı faciəsini tanıması özü göstərir ki, həmin soyqırım bu gün dünya tarixində Holokost, Osentin faciələri ilə bir sırada durur. Ermənistanın təbliğat maşını Azərbaycanın apardığı təbliğatı zəiflətmək üçün maksimum fəaliyyət göstərsə də bu onlarda alınmır. Hesab edirəm ki, bununla bağlı işlər görülüb ancaq yenə də biz çalışmalı və yenə də bu faciənin mahiyyəti, təşkilatçıları barəsində dünya ictimaiyyətini daima məlumatlandırmalıyıq”.

sia.az

Digər xəbərlər