Siyasət

  • 3 475

"İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir" ÖZƏL-ŞƏRH

image

“İşğalçı Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın ancaq bu mümkün deyil. Buna diplomatiyada status-kvonun legitimləşdirilməsi də deyirlər. Məsələnin daha bir pis cəhəti də var. Bu da ondan ibarətdir ki, hazırda dünya siyasətini müəyyənləşdirən güc mərkəzləri bu vaxta qədər beynəlxalq münasibətlərdə və konfliktlərin həllində imperativ olan paradiqmanı son illərdə dəyişdiklərini bəyan ediblər”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, əgər əvvəlki paradiqma ədalət sonra sülh prinsipinə əsaslanırdısa yeni paradiqma sülh sonra ədalət prinsipinə əsaslanır: “Adi məntiq isə bunu diqtə edir ki, ədalət olmadan sülh mükün deyil. Deməli qlobal imperialist mərkəzlər öz siyasi coğrafiyalarından kənarda sülh istəmirlər tam əksinə lokal müharibə ocaqları yaratmaqla öz istismarçı siyasi strategiyalarını həyata keçirirlər. Buna bəzən idarə olunan xaos siyasəti də deyirlər. İstər Müsəlman Şərqində istərsə də Ukrayna və postsovet məkanında konfliktlərin bu qədər ardıcıl və uzunmüddətli olmasını həm də bu prizmadan qiymətləndirmək mümkündür.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli də bu kontekstə nəzərdən keçirilə bilən problemlərdən hesab edilə bilər. İşğalçı Ermənistan da beynəlxalq münasibətlər sistemində nəyin necə və hansı istiqamətdə inkişaf etdiyini izləyir və bunu bizə qarşı istifadə etməyə çalışırlar. Ancaq şübhəsiz ki, Ermənistanda elə ciddi beyin mərkəzləri yoxdur ki, bütün bunları təhlil edib düzgün nəticə çıxara bilsinlər. Düşmən ölkəyə belə məsələlərdə mövqelərini dəqiqləşdirməkdən ötürü həm şimal, həm də qərb mərkəzli güclərdən hazır diplomatik reseptlər verilir və onlar da buna uyğun hərəkət edirlər. Yəni dolayısı ilə problemi həll etmək üçün BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış qrum problem həll etmək deyil, əslində onun həllinin mümkün qədər uzadılması ilə məşğul olur. Azərbaycanın qətiyyətli və tələbkar mövqeyindən sonra müəyyən ümidlər yarananda bir qədər yumşaq və problemin həlli yolu istiqamətində çox xəsisliklə də olsa verilən pozitiv bəyənatların şahidi oluruq.

Bir qədər sonra isə tutaq ki, Şimaldan belə bir rəsmi bəyanat verilir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabğ probleminin həllində bizim mövqeyimiz dəyişməyib, əvvəlki kimi problemin sülh yolu ilə həlledilməsini arzulayırıq. Bu diplomatik bəyanatın daxili məzmunu odur ki, biz mövqeyimizi dəyişməmişik və problemin həll edilməsinə icazə verə bilmərik. Çünki bu problem əslində bizim üçün həm Ermənistanı, həm də Azərbaycanı nəzarətdə saxlamaq üçün elə bir universal hərbi-siyasi alətdir ki, ondan əsla vaz keçə bilmərik. Bu isə işğalçı ölkənin maraqlarına cavab verir və işğal etdiyi Azərbaycan torpaqlarını bu günə qədər nəzarətdə saxlamasına imkan yaradır. Ancaq son bir ilə yaxın bir müddətdə vəziyyət bir qədər dəyişib. İşğalçı ölkə bu yolla yaşamağın uzunmüddətli perspektivdə mümkün olmadığını başa düşür və üstəlik Azərbaycanın Aprel və Naxçıvan döyüşləri vasitəsilə verdiyi dərsi unuda bilmir. Ona görə də hazırda müxtəlif ziddiyyətli bəyanatlar verməklə ənənəvi Şimal və yeni Qərb təzyiqlərinin arasında bir tarazlıq tapmağa çalışır və açığı əslində bu o qədər də çətin deyil. Çünki iki mərkəzi heç biri əslində problemi həll etmək üçün Ermənistana heç bir təzyiq etmir. Ermənistana təzyiqlər sadəcə onun hansı mərkəzin nüfuz dairəsinə keçməsi məsələsindədir. Ona görə də işğalçı ölkə xristian təəssübkeşliyinə də arxalanaraq belə sərbəst davranır. Ancaq əlbətdə Azərbaycan bütün bunları görür və buna qarşı strateji diplomatiya və hərbi-siyasi hüc müəyyənləşdirir.Prezident İlham Əliyev milli mətbuatımıza müsahibəsində bir daha vurğuladı ki, biz iqtisadi və hərbi-siyasi gücümüzü artırmaqla müasir, inkişaf etmiş və gələcəkdə də inkişaf etmiş olan Azərbaycan qururuq. Düşünürəm ki, bu strateji fikirin əsas məntiqindən biri də elə problemin həlli edilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, cənab Prezident son müsahibəsində bir daha Aprel və Naxçıvan döyüşlərini xatırlatdı. Bu əslində həm də Ermənistana bir xəbərdarlıq kimi başa düşülə bilər.

sia.az

Digər xəbərlər