Siyasət

  • 3 913

"Bu gün Azərbaycanda bütün sahələrdə dinamik inkişaf müşahidə olunur" RƏY-ÖZƏL

image

"Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası dövlətimizin iqtisadi yüksəlişinin daha da artması üçün geniş imkanlar yaradıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.Bu günlərdə Azərbaycan Prezidenti tərəfindən tarixi sərəncamların imzalandığını deyən komitə sədri söyləyib ki, onlar arasında şəhidlərə verilən müavinətlərin, minimum əmək haqlarının, tələbə təqüdlərinin artırılması ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlardır. Z.Səmədzadə qeyd edib ki, bu gün ölkədə bütün sahələrdə dinamik inkişafı nümayiş etdirən hadisələr müşahidə olunur, transmilli layihələr həyata keçirilir: "Dövlətimizin başçısının apardığı siyasət Azərbaycan xalqının maraqlarına, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir. Qlobal dünyada baş verən risklərə baxmayaraq, ölkəmiz iqtisadiyyatı güclənir. Qeyri-neft sektoru yüksək templə inkişaf edir. Ölkəmizin iqtisadi göstəricilərinin yüksəlməsi prioritet istiqamət olan sosial siyasətə, daha dəqiq desək ölkə vətəndaşlarına yönəldilir".

sia.az

Digər xəbərlər