Siyasət

  • 3 565

Deputatlarımız BMT-nin parlament dinləmələrində iştirak edəcəklər

image

Milli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov Birləşmiş Millətlər Təşkilatında “Multilateralizmə qarşı problemlərə parlamentlərin cavabı” mövzusunda parlament dinləmələrində iştirak etmək üçün bu gün ABŞ-ın Nyu York şəhərinə səfərə gediblər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, toplantıda beynəlxalq birliyin və milli hökumətlərin iqlim dəyişikliyi, məcburi köçkünlərin və qaçqınların dayanıqlı inkişafı kimi qlobal problemlərlə mübarizəsi, gender bərabərliyi, münaqişələrin həlli yolları və sülhün dəstəklənməsi, habelə BMT-nin maliyyələşdirilməsi, təşkilatın Baş Assambleyasının fəalliğının artırılması və digər məsələlər müzakirə olunacaq.Səfər fevralın 25-də başa çatacaq.

sia.az

Digər xəbərlər