Siyasət

  • 3 284

Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər

image

Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər.Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev bildirib ki, həmin şəxslər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər: “Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, bir azərbaycanlı digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.
O qeyd edib ki, ölkə başçısının fəaliyyəti nəticəsində hər il yüz minlərlə iş yerləri yaradılır: "Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.

yap.org.az

Digər xəbərlər