Siyasət

  • 3 330

"Rəngli inqilablardan başqa dövlətlər öz məqsədləri üçün istifadə etməyə çalışır" ÖZƏL-MÖVQE

image

"Ümumiyyətlə rəngli inqilablar əslində iki mərhələdə oldu. Birinci mərhələdə bu rəngli inqilablar keçmiş sovetlər məkanında oldu. Yəni bu hadisələr əvvəlcə Ukraynada oldu sonra isə Gürcüstana keçdi. Daha sonralar isə Qırğızıstanda oxşar proseslər baş verdi. Hadisələr başlayanda ali məqsədlərlə başladı. Amma sonra müəyyən dağıdıcı proseslər oldu". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, Gürcüstanda bu normal olsa da lakin Ukraynada vəziyyət indiyədək qeyri-sabitdir və müəyyən gərginliklər var: "Ukrayna özünün ərasizinin bir qismini itirdi. Sonra isə “Ərəb baharı” yaşandı və orada proseslər daha ardıcıl oldu. Həmin hadisələr Tunisdən başladı. Bildiyiniz kimi orada da hakimiyyət dəyişikliyi oldu. Eləcə də Liviyada, Misirdə qanlı hadisələr cərəyan etdi. İndinin özündə də Suriyada “Ərəb baharı” davam edir və hələ də müharibə bitməyib. Əslində “Ərəb baharı” və rəngli inqilablar böyük təlatümlər gətirdi. Yəni transsformasiya yolu ilə dəyişikliklər olsaydı, bu məsələlər qansız həll oluna bilərdi. Ona görə də əsas məsələ budur ki, bir çox ölkədə dəyişikliklər danışıqlar, dialoq yolu ilə də olsun. Belə rəngli inqilablardan başqa dövlətlər də öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ona görə də bu cür təhlükələrdən hər bir dövlət özünü qorumaq istəyəcək”.

sia.az

Digər xəbərlər