Siyasət

  • 3 799

Əli Əhmədov: "Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir"

image

“Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir”. SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda səfərdə olan bir qrup üzvü ilə görüşündə deyib.YAP-ın Sədr müavinin sözlərinə görə, Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir: "Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyəyə gedəndə yaşayırıq. Türkiyə-Azərbaycan dostluğunun əsası Heydər Əliyevin zamanında qoyulub".Baş nazirin müavini qeyd edib ki, hazırda Türkiyə dünyanın ən güclü ölkələrindən birinə çevrilib: "Biz bundan qürur duyuruq. Türkiyə ilə yanaşı Azərbaycan da güclənir. Bu iki ölkənin gücü onların möhtəşəmliyini daha da artırır. Güman edirəm ki, Türkiyə də Azərbaycanın inkişafından qürur duyur. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin qarşısını almaq mümkün olmayacaq".Ə.Əhmədov Türkiyədən daha çox vətəndaşların Azərbaycana səfər etmək istədiklərini də açıqlayıb. O bildirib ki, yerləşdiyi regionda narahatlıqlar olsa da, Türkiyə öz əhalisinin sabit durumda yaşamasını təmin edir.O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Tükiyənin göstərdiyi səylər ən böyük dəstəkdir.

sia.az

Digər xəbərlər