Siyasət

  • 7 286

YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin konfransı keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Gənclər Birliyinin konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının aparat rəhbəri Rəşad Abbasəliyev və partiyanın gənc fəalları iştirak ediblər.Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyası günü-gündən gəncləşir və təşkilatın hər bir gənc üzvü partiyanın veteran üzvlərinə, ağsaqqallarına dəyər verməklə, onun fəaliyyətində yeni nəfəs gətirirlər.“Bu gün mən tədbirimizdə iştirak edən gənclərimizi gördükcə, onların hər birində çox gözəl əhval-ruhiyyənin olduğunu müşahidə edirəm”-deyə qeyd edən rayon təşkilatının sədri qeyd edib ki, buna əsas səbəb dövlətimizin, dövlət rəhbərliyimizin gənclərə göstərdikləri diqqət və qayğı faktorudur: “Bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir. O cümlədən, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın da bu istiqamətdəki fəaliyyəti hər bir gəncimizdə böyük ruh yüksəkliyi yaratmaqdadır. Bu gün biz əminliklə deyə bilərik ki, gənclərimiz daim Onların nəzərləri altındadırlar”.Mehriban Abasquliyeva gənclərimizin sosial şəbəkələrdə də ölkəmizin və dövlətçilik maraqlarımızın qorunması, təbliği istiqamətində fəal olduqlarını deyərək, vurğulayıb ki, bəzilərindən fərqli olaraq, YAP-ın gənc fəalları sosial şəbəkələrə yalnız istirahət və əyləncə məqsədi ilə deyil, o cümlədən, Vətənimizin dünyaya inkişaf və tərəqqi reallıqlarını çatdırmaqla, o cümlədən, Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin qarşısına çıxaraq, onlara layiqli cavablar verməklə daxil olurlar və bunun uğurlu nəticələri də göz önündədir: “Bu gün hər bir gənc özünə sual verməlidir ki, “mən Azərbaycan üçün nə edə bilərəm?”. Bəli, bizim çox gözəl gənclərimiz var ki, onlar ölkəmizi müxtəlif mühüm beynəlxalq tədbirlərdə, mədəniyyət və idman sahələrində uğurla təmsil edirlər”.YAP Sabunçu rayon təşkilatının sədri partiyanın rayon təşkilatında təmsil edilən gənclərin də bir çox uğurlara imza atdıqlarını bildirərək deyib ki, bu, çox önəmli bir haldır. “Bu gün bizim sıralarımızda 10 min 200 nəfər birləşir. Bu, çox önəmli bir haldır və sıralarımız günü-gündən genişlənməkdədir. Sizin hər birinizin uğurunuz, bizim uğurumuzdur”-deyə Mehriban Abasquliyeva vurğulayıb.Sonra çıxış edən Sabunçu rayon təşkilatının aparat rəhbəri Rəşad Abbasəliyev partiyanın yaranması tarixindən, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə apardığı müdrik və qətiyyətli siyasətindən, xalqı və dövləti üçün xilaskarlıq missiyasını hansı çətinliklərlə həyata keçirməyindən bəhs edərək bildirdi ki, məhz həmin vaxtlar onun gənc yaşlarına təsadüf edirdi. R.Abbasəliyev ölkəmizi təhlükəyə atan həmin qüvvələrin bu gün müxalifətçilik adı altında hələ də xəyallar qurduqlarını deyib və bildirib ki, Azərbaycan xalqı bu kimi satqınları və xəyanətkarları heç vaxt qəbul etməyib, bundan sonra da qəbul etməyəcək və Azərbaycan gəncliyi inkişafın, tərəqqinin, dövlətçilik maraqlarının, yüksələn və artan uğurların tərənnümçüsü olaraq, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəklər.Çıxış edən Sabunçu rayonun İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq, gənclərin də Onun ətrafında sıx birləşdiyini bildirib. “Biz, bu gün dövlətimizin gənclərə göstərdiyi diqqətin davamlı olduğunu görür və aparılan uğurlu siyasəti dəstəkləyirik”, deyə Rəna Fərəcova bildirib.YAP GB-nin sədri Seymur Orucov isə bildirib ki, bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir: “Çünki Prezident İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Bu mənada öz ətrafında yüz minlərlə vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası da vətəndaşlarımızın ideya-siyasi tərbiyəsi ilə bağlı öz işlərini ən müasir səviyyədə qurur.Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq vəzifəmiz Prezident cənab İlham Əliyevin apardığı dövlət siyasətini gənclərimizə düzgün şəkildə təbliğ etmək, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməkdən ibarətdir.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyamızın yüz minlərlə üzvü var. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. O mənada ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməli, qoyulan yolu davam etdirməlidir. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır”.Sonra söz gənclərə verildi. Onlar çıxışında gənclərin uğurlu fəaliyyətindən və qarşıda dayanan vəzifələrdən bəhs edərək, bundan sonra da uğurlara imza atacaqlarını qeyd etdi. Qeyd olundu ki, hər bir Azərbaycan gənci Yeni Azərbaycan Partiyasının fəaliyyətinə öz uğurlu töhfələrini verməklə ölkəmizin inkişaf və tərəqqisində fəallıq sərgiləməli, yeni-yeni nailiyyətlər qazanmalıdır.Sonra YAP Sabunçu rayon təşkilatının GB-nin şura üzvləri, idarə heyətinin üzvləri və müavinlər səsvermə yolu ilə seçildilər.Tədbirin sonunda bir qrup fəallar mükafatlandırıldı, partiyanın yeni üzvlərinə vəsiqələr verildi.

sia.az

Digər xəbərlər