Siyasət

  • 3 562

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq

image

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq.

Bunu jurnalistlərə müsahibəsində Rusiya Federasiyasının MDB-yə üzv ölkələrlə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib.
İ.Bratçikov qeyd edib ki, demarkasiya prosesi plana uyğun aparılacaq. “Mən hesab edirəm ki, biz sərhədi kifayət qədər tez demarkasiya edəcəyik”, -deyə o əlavə edib.
Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfirinin sözlərinə görə, Rusiya tərəfi azərbaycanlı həmkarlarından iclasın Bakıda keçirilməsi ilə bağlı dəvət alıb.

yap.org.az

Digər xəbərlər