Siyasət

  • 3 494

"Ermənistan Rusiyanın 2 istiqamətdə vacib sifarişini yerinə yetirir" ÖZƏL-ŞƏRH

image

“Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Buna hər iki tərəf rəsmən razılığını bildirmişdi. Həmsədrlərin bəyanatında da təxminən Münhen Təhlükəsizlik Konfransında görüş anons edilmişdi. Münhendə olarkən Ermənistanın Xİ naziri Zöhrab Mnatsakanyan belə görüşün planlaşdırılmadığını bildirdi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Mnatsakanyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü erməni nazirin mövqeyinin 180 dərəcə dəyişməsinin səbəbi ola bilər. O, Lavrovla görüşdə Dağlıq Qarabağ məsələsini müzakirə etmişdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Ermənistan hal-hazırda Rusiyanın 2 istiqamətdə vacib sifarişini yerinə yetirir:
I. Suriyaya hərbçilərini göndərib.
II. Gürcüstanın Qərb istiqamətindəki hərəkətlərinin indiki fazasını neytrallaşdırmaq.
Hər iki fəaliyyət Ermənistan üçün riskli və çoxmiqyaslı fəaliyyət hesab oluna bilər. Ermənistanın fikrincə, bu iki işin müqabilində Rusiya uzun müddət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistana təzyiq etməyəcək. Başqa sözlə, Ermənistan Rusiya ilə birlikdə Dağlıq Qarabağın dinc tənzimlənməsinə maneçilik törətmək üçün yeni imitasiya resursları yaradıblar. Bu imitasiya resursunun nə vaxt bitəcəyini heç kəs deyə bilməz. Dinc tənzimlənmə prosesində Ermənistanın yeni keyfiyyət mərhələsini yaratdığını konstatasiya etmək olar. Ermənistanla Rusiya arasında indiki münasibətlər sistemi yeni deyil. Rusiya Ermənistana qarşı Dağlıq Qarabağ mövzusunda dəfələrlə təzyiq edib. Ermənistanın mövqeyində öz maraqlarına uyğun dəyişiklik əldə edən kimi təzyiqdən əl çəkib. Rusiya nə vaxtsa Dağlıq Qarabağ məsələsində təzyiqləri bərpa edəcək. Çünki Rusiya üçün Azərbaycanla münasibətlər arxivacibdir. Rusiya hesab edir ki, Azərbaycan hələ müəyyən qədər dözə bilər.Azərbaycan dinc tənzimlənmədə Rusiya ilə birlikdə Ermənistanın yaratdığı yeni keyfiyyət mərhələsinə yeni bir keyfiyyət vəziyyəti ilə ilə cavab verə bilər: Laçın koridoru da daxil olmaqla Dağlıq Qarabağı Ermənistanla birləşdirən bütün kommunikasiya əlaqələrini, o cümlədən Tex-Xankəndi (Stepanakert) qaz kəmərini dağıda və Dağlıq Qarabağ ermənilərinin müraciəti əsasında Ağdam ərazisi vasitəsilə Dağlıq Qarabağa kommunikasiyalar aça bilər. Bu kommunikasiyalardan ilk olaraq Ermənistanın hərbi hissələri çıxıb getməlidir. Dağlıq Qarabağda yalnız Dağlıq Qarabağın özünə aid olanlar qalmalıdır.Ermənistan-Azərbaycan dövlət sərhədindən bir neçə kilometr Azərbaycan Respublikasının ərazisinin içərilərinə doğru konkret coğrafi koordinatda reallaşdırılan bu aksiyanın Ermənistan ərazisinə heç bir təsiri olmayacaq.Dağlıq Qarabağla Ermənistan arasında bütün kommunikasiyaların dağıdılması hərbi əməliyyat deyil, dinc tənzimlənmə prosesinə olan maneələri aradan qaldıra biləcək, stimul verəcək gücdə olan siyasi-hərbi aksiyadır. Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsinin səmimi tərəfdarı olan beynəlxalq aləm bu aksiyanı yalnız dəstəkləməlidir. Çünki Ermənistan digər müttəfiqləri ilə birlikdə Dağlıq Qarabağ tənzimlənməsində dəfələrlə belə vəziyyət yarada bilər.Ermənistanda ən çox müzakirə olunan məsələ 1988-ci ilə olan vəziyyətidir. Hal-hazırda Dağlıq Qarabağın ermənilərə aid hissəsində 1988-ci ilin vəziyyəti bərpa olunmalıdır. Sonra isə 1988-ci ilin digər komponentlərinin bərpa olunmasına başlana bilər. Bu zaman Azərbaycanın ermənilərə münasibətinin isti olduğu hamıya bəlli olacaq. Hamıya bəlli olacaq ki, Azərbaycanın öz vətəndaşı olan dinc erməni ilə heç bir problemi yoxdur və bu artıq tənzimlənmədə yeni bir keyfiyyət mərhələsidir”.

sia.az

Digər xəbərlər