Siyasət

  • 3 648

"Əli Kərimli ətrafındakı 2-3 adamla heç vaxt təzyiq göstərə bilməz” ÖZƏL-MÜNASİBƏT

image

"Radikal müxalifət Prezident İlham Əliyevin son dövrlərdə apardığı mühüm islahatları şantaj yolu ilə dayandırmaq, görülən işlərə kölgə salmaq istəyir. Əsas məqsəd budur”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.BAXCP rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev bütün sahələr üzrə, ilk növbədə sosial sektorda mühüm islahatlar həyata keçirir: "Məsələn, şəhid ailələri ilə bağlı verilən təqdirəlayiq qərarlar, gənclər və idman siyasəti ilə bağlı atılan addımlar, minimum əmək haqqının 40 faiz artırılması, o cümlədən beynəlxalq siyasətdə atılan uğurlu addımları və başqa çoxsaylı nailiyyətləri buna numunə göstərmək olar. Radikal müxalifət bütün bu işləri çirkin üsullarla dayandırmağa cəhd edir və vətəndaşlar üçün görülən tədbirləri "öz adlarına” çıxmağa çalışırlar. Çünki görürlər ki, xalq Prezident tərəfindən aparılan islahatları çox yüksək səviyyədə qarşılayır və dəstəkləyir. Bununla xalqın öz dövlət başçısına olan etimadı daha da möhkəmlənir, Prezidentə sevgi daha da güclənir. Bu nöqteyi-nəzərdən radikal müxalifəti təmsil edənlər prosesi şantaj yolu ilə pozmağa cəhd edirlər. Əslində 25 il ərzində həmin qüvvələrin ölkənin ictimai-siyasi həyatında heç bir təqdirəlayiq addımı nəzərə çarpmayıb”.N.Orduxanlı vurğulayıb ki, Prezidentin köməkçisi Əli Həsənovun təhlilində bütün bu məsələlər öz əksini tapıb: "Deyilənlərin hamısı reallığa tamamilə uyğundur. O qüvvələr çəkinmədən Azərbaycanın maraqlarını öz şəxsi ambisiyalarına satıblar. Sirr deyil ki, müasir dövrün tələblərinə uyğun olaraq çağdaş dinamizmin inkişafı prosesi gedir. Prezident də lider olaraq bunun önündə durur. Dövlət başçısı bu prosesi çox sürətlə və uğurla həyata keçirir. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu prosesdə iştirak edir və mühüm islahatları reallaşdırır. Mehriban xanım mütəmadi olaraq ölkə vətəndaşları ilə görüşür, bütün sahələrdə problemləri tezliklə həll edir. İnsanların ən kiçik çətinliyinə belə vitse-prezident tərəfindən dərhal reaksiya verilir.Onun xeyirxah əməlləri xalq tərəfindən çox böyük rəğbətlə qarşılanır. Bunu görməmək qeyri-mümkündür. Prezidentin komandasındakı sağlam qüvvələrin bu prosesi aparması həm xaricdəki dairələri, həm də daxildəki radikalları, daim Azərbaycanın milli maraqlarına zərbə vurmağa çalışan anti-milli ünsürləri bərk narahat edir.Təssüflər olsun ki, bu prosesə erməni lobbisi də qoşulur. Məqsəd isə eynidir, Azərbaycanı zəiflətmək, narazılıq yaratmaqdır. Əminliklə deyirəm ki, Əli Kərimli ətrafındakı 2-3 minlik adamla 10 milyonluq xalqa rəhbərlik edən güclü liderə - cənab İlham Əliyevə heç vaxt təzyiq göstərə bilməz”.

sia.az

Digər xəbərlər