Siyasət

  • 4 053

"Prezident üçün insan amili həmişə öndədir" AÇIQLAMA-ÖZƏL

image

"Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Ağsu rayonuna səfər edərək zəlzələdən ziyan çəkən evlərin yenidən tikintisi ilə tanış olması Ölkə başçısı üçün insan amilinin ən öndə durduğunun göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.Ölkə başçısının vətəndaşların bütün problemləri ilə daim yaxından tanış oldsuğunu deyən deputat söyləyib ki, bütün hallarda Azərbaycan Prezidenti təbiət fəlakət zamanı hadisə baş verən əraziyə gedərək, vətəndaşların problemləri ilə yaxından maraqlanır və onların həlli istiqamətində müvafiq tapşırıqlarını verir: “ Bunun şahidi olaraq deyə bilərəm ki, ölkə başçısı bir neçə il bundan əvvəl Zaqatala rayonunda baş verən zəlzələ zamanı da hadisə yerinə gedərək, orada insanlarla görüşdü, yerindəcə tapşırıqlarını verdi. O zaman da ziyan çəkən evlər yenidən tikilərək vətəndaşların istifadəsinə verildi”.K.Əliyeva söyləyib ki, bu cür addımlar təkcə zəlzələ baş verdikdə deyil, eləcə də sel və digər təbi fəlakətlər zamanı da atılır: “Bütün bunlar göstərir ki, cənab Prezident daim insanları düşünür, onların problemlərinin həlli ilə maraqlanır. Dünyanın heç bir ölkəsində təbii fəlakətlər zamanı dövlət insanların ziyanını ödəmir. Yəni insanlar öz sığortaları hesabına hadisənin nəticələrini aradan qaldırırlar. Azərbaycan yeganə dövlət, Prezident İlham Əliyev yeganə dövlət başçısıdır ki, belə hallarda hadisə nəticələrinin dövlət tərəfindən aradan qaldırılması ilə bağlı tapşırıqlar verir”.Prezident İlham Əliyevin zəlzələ bölgəsi olan Şamaxıda ziyan çəkən insanlarla səmimi davranışını xatırladan deputat qeyd edib ki, cənab Prezidentin bu addımı həmin ərazidə yaşayan insanlarda inam və dayaq hissini daha da artırdı: “Azərbaycan vətəndaşı tək olmadığını, arxasında dövlətin və ölkə başçısının dayandığını bilir. Zəlzələ zamanı ziyan çəkən evlərin yenidən tikilməsi də ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğını bariz nümunəsidir”.

sia.az

Digər xəbərlər