Siyasət

  • 3 610

"Prezidentlə xalq arasında etimad yeni keyfiyyət mərhələsinə daxil olur" AÇIQLAMA-ÖZƏL

image

“Prezident İlham Əliyevin zəlzələ bölgəsinə təkrar səfəri dövlət başçısının fəlakətlə üzləşmiş insanlara münasibətinin mövsümi və ya kampaniya xarakter daşımadığını, hər an bu insanlarla birlikdə olmaq istədiyini və onlara sonadək arxa olmaq əzmində olduğunu nümayiş etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, Prezidentin ötən gün Ağsuya, bu gün də Şamaxıya səfərinin mahiyyəti insanlara maddi-mənəvi dəstəyin davamlı olduğunu göstərmək, daha öncə verilən göstəriş və tapşırıqların icra vəziyyətini yoxlamaq, təmir-bərpa işlərini sürətləndirməkdir: “Lakin bunlar məsələnin hamısı deyil. Müqayisəli təhlillər Prezidentin zəlzələ bölgəsinə hadisədən dərhal sonra belə demək mümkündürsə “isti-isti” etdiyi səfərlə sonrakı səfərin arasında maraqlı mahiyyət fərqlərinin olduğunu sübut edir. Prezidentə daha isti münasibət görürük, qısa müddətdə böyük işlərin görüldüyünü görən insanlar Prezidentin şəxsində özlərinə böyük arxa-dayaq gördüklərini daha inamla və daha emisional ifadə edirlər, əvvəlkindən də daha rahat yaşayış və məişət şəraitinin bərpa olunacağına daha inamlı görünürlər, insanların davranış və reaksiyalarında ölkə Prezidenti ilə qürur duyduqları aşkar sezilir”.A. Quliyev söyləyib ki, yerli məmurların da davranışlarında maraqlı nüanslar özünü göstərməkdədir: “Hamı fərqinə varır ki, Prezident fəlakətə düşmüş insanların mənafelərinin hətta ən kiçik bir hissəsini hər hansı məmurun səhvinə və ya səhlənkarlığına qurban verməyəcək və bağışlamayacaq. Prezidentin zəlzələ bölgəsinə səfərində əhalinin münasibəti kontekstində diqqət çəkən başqa bir nüans da var. Bu səfərin ölkədə böyük sosial himayə paketinin həyata keçirildiyi dövrdə baş verməsi nəticəsiz qalmır. Hiss edilir ki, əyalətdə yaşayan insanlar Prezidentin sosial müdafiə və sosial təminat islahatlarını diqqətlə izləyir, ölkə başçısının insanlara həssas və davamlı münasibətini sosial himayə siyasətinin bir forması və davamı kimi qəbul edirlər”.Ekspert vurğulayıb ki, Azərbaycanda Prezidentlə xalq arasında etimad canlı ünsiyyətlər formasında yeni keyfiyyət mərhələsinə daxil olur: “Bu mərhələnin məzmunu ondan ibarətdir ki, bölgə insanları Azərbaycan prezidentinin indiki siyasətinin alternativsiz olduğun daha dərin əminlik nümayiş etdirir, yeni seçim variantları üzərində düşünmür, ölkə başçısının onlar üçün dövlətin iqtisadi qüdrətinin imkan verdiyi həddə qədər hər şey və çox şey edəcəyinə həmişəkindən çox inanırlar. Prezidentin zəlzələ bölgəsinə yenidən səfərinin etimad, inam, gələcəyə baxış, ölkə başçısına söykənmək və ondan nələrsə gözləmək kontekstində yeni elementləri var. İnsanlar daha əmin görürlər ki, Prezident özü ilə insanların arasında hər hansı baryerlərin olmasında nəinki maraqlı deyil, əksinə daha səmimi və açıq dialoq mühiti yaratmaqda maraqlıdır. İnsanlar onu da bilir ki, Prezidentin yaratdığı açıq və səmimi dialoq mühitinin imkanlarından nə qədər səmərəli istifadə etsələr, problemləri bir o qədər tez və keyfiyyətlə həll edilə bilər. İnsanların və Prezidentin bir-birlərinə daha yaxın olmaq və daha açıq olmaq istəkləri getdikcə daha aydın şəkildə üzə çıxmaqdadır”.

sia.az

Digər xəbərlər