Siyasət

  • 3 805

“Azərbaycan qadına ən çox hörmət edilən ölkədir” POLİTOLOQ RƏYİ

image

“İnsan hüquqları deyilən bir şey, var, qadın, kişi hüququ yox. Bu, bəşəriyyəti birləşdirməkdən çox, ayırmağa xidmət edən zərərli ideyadır ki, bəzi dairələr tərəfindən ortaya atılıb”. SİA xəbər verir ki, bu fikirləri politoloq Nəzakət Məmmədova martın 8-də bir qrup qadının “feministlər” adı altında “qadına şiddətə yox” aksiyası keçirmək cəhdlərinə Facebook sosial şəbəkəsi vasitəsi ilə münasibətini yazarkən qeyd edib.Politoloqun qeyd etdiyinə görə, insan hüquqlarının layiqli şəkildə təmin olunduğu dünya olmalıdır, feminizm, LGTB və s. formada yox: “Dövlət isə ailədə qadına şiddətə görə məsuliyyət daşımır, zira bu, insanların mədəniyyətindən, əxlaqından, dünya görüşündən irəli gələn məsələdir. Dövlət burada post factum hadisəyə hüquqi qiymət vermə səlahiyyətinə malikdir. Əgər dövlətin qanunları bu sahədə yetərli olmasa, yaxud qanunvericiliyə əməl olunmasa, məsələn, arvadını döyən ər kişi olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmasa, yaxud qadın məhz qadın olduğu üçün dövlət tərəfindən hüququ pozulsa, cinsə görə ayrı-seçkilik, şiddət tətbiq olunsa, bu zaman etiraz etmək olardı. Siz heç arvadına xəsarət yetirib məhz kişi cinsinin nümayəndəsi olduğu üçün məsuliyyətdən azad olan kişi gördünüzmü?! Əksinə, iki qadın dava edəndə daha çox yumşaq davranılır, nəinki kişi qadına bir sillə vursa. Bir sıra hallarda qadın qadının hüququnu daha çox pozur (iraq yaxşı qadınlardan) nəinki kişi qadının”.Nəzakət Məmmədova xüsusilə qeyd edib ki, məhz Azərbaycanda qadınlara olan rəğbət, eləcə də münasibət ən yüksək səviyyədə qorunub-saxlanılır. Politoloq, digər maraqlı aspektlərə də toxunaraq qeyd edib: “Ailəni dağıdan qaynanalardırsa, məhkəmələrdə qadının hüququnu pozub ona qarşı ədalətsiz qərar çıxaran qadın hakimlər varsa, iş yerlərində başqa qadının savadına, gözəlliyinə və s. paxıllıq edib ona torba tikən səviyyəsiz, natamamlıq kompleksi olan qadın cildində iblislər varsa, sual yaranır: qadının hüququnu qadın pozur, yoxsa kişi?! Fransız kriminalistləri demiş: Charge la femme!", yəni "Qadını tapın"! Azərbaycan qadına ən çox hörmət edilən ölkədir, bizim kişilər daima qadına hörmətlə yanaşıb. Bizdə belə aksiya özü qəsdən şiddət yaratmağa hesablanıb. Qaşınmayan yerdən qan çıxartmaq üçün”.

sia.az

Digər xəbərlər