"Həmsədrlərin bəyanatı Bakıya və İrəvana mesaj əhəmiyyəti daşıyır" ÖZƏL-RƏY

"ATƏT-in Minsk Qrupunun son bəyanatı həm Bakıya, həm İrəvana mesaj əhəmiyyəti daşıyır". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib."Birincisi, həmsədrlər bildirirlər ki, iki ölkə liderinin birbaşa dialoqunu dəstəkləyirlər və yeni görüş hazırlayırlar.İkincisi, həmsədrlər bildirirlər ki, tərəflərdən birinin razılığı olmadan danışıqlar formatının dəyişdirilməsinin əleyhinədirlər. Bu Ermənistanın baş naziri Nikol Paşinyana mesajdır.Üçüncüsü, həmsədrlər ATƏT sədrinin bölgədəki təmsiliçisinə tam dəstək ifadə etdiklərinin bildirirlər. Bu isə rəsmi Bakıya mesajdır. Çünki, Azərbaycan Nazirlər Kabineti ATƏT sədrinin bölgədəki təmsiliçisi Anjey Kasprçikin fəaliyyətini kəskin tənqid edən hesabat açıqlayıb. Başqa sözlə rəsmi Bakı Kaspçikin dəyişdirilməsini istəyir. Həmsədrlər isə cavab olaraq “yox” deyirlər.Dördüncüsü, həmsədrlər növbəti dəfə münaqişənin həllinin yolunu göstərirlər: 1.Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. 2. Dağlıq Qarabağa özünüidarəetməni və bölgənin təhlükəsizliyini əks etdirən müvəqqəti status verilməlidir. 3. Dağlıq Qarabağ Ermənistanla təhlükəsiz koridoruna malik olmalıdır. 4. Dağlıq Qarabağda referendum keçirilməlidir. 5. Bütün köçkünlər geri qayıtmaq imkanına malik olmalıdırlar. 5. Bölgənin təhlükəsizliyinə beynəlxalq səviyyədə təminat verilməli və sülhməramlı qüvvələr yerləşdirilməldir.Deyəsən həmsədrlər əməlli-başlı əsəbləşiblər. Yoxsa həm Bakıya, həm də İrəvana xəbərdarlıq mesajları ilə dolu bəyanat göndərməzdilər. Bəyanatda bir məqam da diqqəti çəkir: "Əvvəlcə referendum tarixi müəyyənləşməli, ondan sonra köçkünlərin geri qayıdışı təmin olunmalıdır"-deyə, politoloq fikrini tamamlayıb.

sia.az