Siyasət

  • 3 745

"Azərbaycan həmişə Fransa ilə əməkdaşlığa üstünlük verib" ÖZƏL - ŞƏRH

image

"Ümumiyyətlə, Azərbaycan dövləti həmişə Fransa ilə əməkdaşlığa üstünlük verib. Bu gün hər iki ölkənin əlaqələri müsbət xətt üzrə inkişaf edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da Fransaya səfəri çox məhsuldar səfərdir. Çünki həmin səfərdə hökumət üzvləri, nazirlərimiz də iştirak edir. İki ölkə arasında gələcək əməkdaşlıqla bağlı müqavilələr bağlanır və sənədlər imzalanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, Fransa tək Avropada yox, ümumiyyətlə, dünyada özünəməxsus yeri olan kifayət qədər nüfuzlu dövlətdir: "Biz çalışmalıyıq ki, Fransa ilə əlaqələrimiz daha da yüksək səviyyədə və hərtərəfli inkişaf etsin. Doğrudur, bir şeyi unutmaq lazım deyil ki, tarixən Fransa siyasətində, iqtisadiyyatında, maliyyəsində ermənilər kök salıblar və bu gün də belədir. Fransada yaşayan çoxsaylı ermənilər və onların Fransa siyasətində, dövlətinin idarə olunmasında rolu danılmazdır. Təbii ki, bu məsələlərdə də Fransa həmişə Ermənistana müəyyən mənada yaxınlıqlar göstərib. Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri və orada tədbirlərdə iştirakı, görüşlər keçirməsi bunu bir daha sübut edir. Ancaq bu o demək deyil ki, biz Fransa ilə əməkdaşlıqdan, əlaqələrdən uzaq durmalıyıq. Əksinə, bu gün Azərbaycanın inkişafı, regionda, cənubi Qafqazda olan mövqeyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkəmizə imkan verir ki, bütün Avropa dövlətləri ilə, o cümlədən Fransa ilə də əməkdaşlığı daha da genişləndirsin. Təbii ki, bu səfər də çox məhsuldar və alqışlanası bir səfərdir ki, Mehriban xanım Əliyeva da bu sahədə öz töhfələrini verir”.

sia.az

Digər xəbərlər