Siyasət

  • 3 438

"Həyata keçirilən islahatların arxasında vətəndaş amili dayanır"

image

“Azərbaycanda həyata keçirilən islahatlar, inqibai yeniliklərin arxasında vətəndaş amili dayanır. Bir vətəndaş olaraq görülən işlərə qiymət vermək hər birimizin borcudur”. Bu fikirləri deputat Jalə Əliyeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.O bildirib ki, Yaxın Şərqdə, Avropada, Qafqazda baş verənlərlə Azərbaycanı müqayisə etsək nə qədər stabil, əmin-aman ölkədə yaşadığımızı görərik.Deputat söyləyib ki, ölkəni sevmək, edilənlərə qiymət vermək lazımdır: “Son iki ayda atılan addımlar dünyanın heç bir inkişaf etmiş ölkəsində qısa zamanda edilməyib. Son aylarda 100-ə yaxın müxtəlif sərəncam, fərman və qəraralar verilib ki, bu sənədlərin arxasında Azərbaycan insanın daha yaxşı yaşaması dayanır. Prezident hər zaman çıxşında bildirir ki, “mən xalqın xidmətçisiyəm”. Xalıqmız Prezident İlham Əliyev və Birinci-vitse-prezdent Mehriban xanım Əliyevanın fəaliyyətindən çox razıdır. Hər bir Azərbaycan məmuru ölkə başçısının işlərinə layiq çalışmalı, dövlət başçısının gördüyü işə kölgə salmamalıdır”.

sia.az

Digər xəbərlər