Siyasət

  • 3 692

"Azərbaycan və Fransa arasında münasibətlərin zəngin tarixi var" ÖZƏL-MÜNASİBƏT

image

“Fransa Respublikası BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə dövləti, NATO üzvü və dünyanın 7 inkişaf etmiş ölkəsindən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikası və Fransa arasında münasibətlərin zəngin tarixi var: “Müstəqilllik illərində, 1993-cü ildə Ümummilli lider Heydər Əliyev bir sıra amillər səbəbindən ilk xarici səfərini başqa bir ölkəyə deyil, məhz Fransaya etmişdi. Bu gün iki ölkə arasında münasibətlər demək olar ki, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərin böyük potensialı və yaxşı perspektivləri var. Hesab edirəm ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfəri həmin münasibətlərə yeni dinamizm gətirəcək. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmasını da nəzərdən qaçırmasaq səfərin daha geniş miqyaslı əhəmiyyət daşıdığı aydın olar”.Qeyd edək ki, martın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Fransa Respublikasına səfərə gəlib.

sia.az

Digər xəbərlər