Siyasət

  • 3 513

"Birinci vitse-prezidentin Fransaya səfəri kifayət qədər əhəmiyyətlidir" ÖZƏL -MÜNASİBƏT

image

"Ümumiyyətlə, Azərbaycan qarşılıqlı münasibətlərin formalaşmasına kifayət qədər önəm verir. Düşünürəm ki, bütün ölkələrlə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrlə yaxından əməkdaşlıq etmək sözün əsil mənasında regionda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda mühüm addımlara yol aça bilər". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, Azərbaycan həmsədrlərdən, Minsk Qrupunun üzvü olan ölkələrdən kifayət qədər ədalətlilik və obyektivlik gözləyir: "Fransa da ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Təbii ki, biz də dünyada gedən proseslərə, qarşılıqlı münasibətlərin formalaşmasına kifayət qədər önəm veririk. Ümumiyyətlə Fransanın dövlət başçıları mütəmadi olaraq Azərbaycanda səfərdə olublar. Bu yaxınlarda da Fransanın sabiq prezidenti Nikola Sarkozi Azərbaycana səfər etdi. Təbii ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da Fransaya səfəri kifayət qədər əhəmiyyətlidir. Mehriban xanım Əliyevanın Fransaya səfəri işgüzar xarakter daşıyır və bu münasibətlərin daha da yaxşılaşmasına böyük təsir göstərəcək. Səfər çərçivəsində bir sıra rəsmi görüşlər baş tutdu. Düşünürəm ki, Fransa dövləti də Azərbaycanla münasibətlərin yaxşılaşmasına xüsusi önəm verir və diqqət yetirir. Hesab edirəm ki, bu məsələlər beynəlxalq hüquq prinsiplərinə söykənərək münaqişənin obyektiv və ədalətli üçün kifayət qədər təsirli olacaq”.

sia.az

Digər xəbərlər