Siyasət

  • 3 962

"Ölkə başçısı xoş gündə də, dar gündə də xalqın yanındadır" RƏY-ÖZƏL

image

“Son 16 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasət, atılan hər bir addım xalqımızın maddi rifah halının güclənədirilməsinə, müstəqilliyimizin daha da möhkəmlənməsinə hesablanıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.O bildirib ki, ölkə başçısı hər zaman xalqa xidmətin parlaq nümunəsini nümayiş etdirib, vətəndaşlarla görüşüb, onların dərd-sərinə şərik olub: “Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağsu və Şamaxı rayonlarına səfərləri, zəlzələdən ziyan görmüş sakinlərlə görüşü ölkə ictimaiyyətinin böyük rəğbətinə səbəb olub. Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün Prezidentin zəlzələ bölgəsinə təkrar səfəri isə bir daha təsdiq etdi ki, ölkə başçısı xoş gündə də, dar gündə də xalqın yanındadır. Bu da xalq–iqtidar birliyinin qarşılıqlı inam və etimad üzərində bərqərar olduğunun daha bir təzahürüdür”.N.Həmzəyev söyləyib ki, Ağsu, Şamaxı rayonlarının sakinlərinin böyük coşqu ilə ölkə başçısını qarşılamaları, görüşlərdə insanların sevinci Prezident İlham Əliyevə olan sonsuz rəğbətdən xəbər verib: “Dövlət başçısının diqqət və qayğısı sayəsində çox qısa zaman ərzində təbii fəlakətin nəticələrinin aradan qaldırılması, dağılmış evlərin yerində müasir standartlara cavab verən evlərin ucaldılması insanlarda ruh yüksəkliyi yaradıb. Ölkə ictimaiyyəti bir daha əmin olub ki, Prezident İlham Əliyev vətəndaşların problemlərinə biganə deyil və bu reallığı inkar etmək qeyri-mümkündür”.

sia.az

Digər xəbərlər