Siyasət

  • 4 632

Hikmət Məmmədov: "Azərbaycanda dərin islahatlar davam edir"

image

“Azərbaycanda dərin islahatlar davam edir və islahatlar zamanı ali icra orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması və onun sadələşdirilməsi önə çıxır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov Milli Məclisin İnsan Hüquqları komitəsinin iclasında çıxış edərkən deyib.“Ekoloji təhlükəsizlik haqqında” qanuna edilən dəyişikliklər haqqında fikrilərini bildirən H.Babaoğlu söyləyib ki, çoxsaylı təsərrüfat və digər fəaliyyət növlərinin mütləq ekoloji təhlükəsizliklə bağlı ekspertizdan keçirilməsi, ola bilər ki, bəzi hallarda subyektiv məsələləri önə çəkmiş olsun: “Qanun islahatların ruhuna uyğun olmayan vəziyyət, müxtəlif təsərrüfat növləri, tikinti və digər fəaliyyət növü ilə məşğul olan insanlar üçün bürökratik əngələ çevrilə bilər. Mən düşünürəm ki, bəzi məsələləri - qanun layihəsində nəzərdə tutulan ekoloji fəaliyyətin və ekspertizanın bu dərəcədə tətbiq olunmasına ehtiyac olub-olmadığını dərindən düşünməliyik. Biz qanunun qəbulu ilə nəyə nail olacağımızı mütəxəssislərlə bir daha fikirləşməli, özümüz üçün aydınlaşdırmalıyıq. Biz bilməliyik ki, qanun layihəsini qəbul etdikdən sonra doğrudanmı ekoloji tarazlığı qorucağıq və bu effektiv qanun olacaq, yoxsa sadəcə müxtəlif fəaliyyətlə məşğul olan vətəndaşlarımız üçün bürokratik baryer olacaq. Təklif edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssiləri ilə birgə müzakirələr aparaq və arqumentlərini öyrənək”.

sia.az

Digər xəbərlər