Siyasət

  • 3 660

"Həyata keçirilən islahatlar insanların sosial vəziyyətini yaxşılaşdırmağa yönəlib”

image

“Azərbaycan son illər dinamik inkişaf yolundadır. Həyata keçirilən islahatlar insanların sosial vəziyyətini yaxşılaşdırmağa yönəlib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini, İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.O bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı nəzərdə tutulan əsas məqsəddir: “Bu məqsəd də vətəndaşların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına, potensiallarını Azərbaycanın inkişafına yönəldilməsinə istiqamətlənib”.Azərbaycanda çox böyük iqtisadi layihələrin reallaşdırıldığını deyən B.Muradova söyləyib ki, görülən işlər nəticəsində böyük yol qovşaqları, körpülər çəkilir, müxtəlif infrastruktur layihələri, ətraf mühitin sağlamlaşdırılması istiqamətində, enerji layihələri həyata keçirilir: “Bu fəaliyyət nəticəsində ətraf mühitə müsbət və mənfi təsirlər olur ki, bu da nəzərə alınmalı, onların qarşısının alınması və müsbət təsirlərinin genişləndirilməsi nəzərdə tutulmalıdır. Bu məqsədlə qanunlara dəyişiklik etmək lazım gəlir. Bu baxımdan “Ekoloji təhlükəsizlik haqqında ”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya” və “İnfomasiya əldə etək haqqında digər qanunlara dəyişiklik nəzərdə tutulub”.

sia.az

Digər xəbərlər