Siyasət

  • 3 158

Elman Nəsirov: Həmsədrlər Nikol Paşinyanın mövqeyini inkar edirlər

image

“ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı Ermənistanda narahatlıq doğurur”. Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, erməni mətbuatında həmsədrlərin bəyanatı Nikol Paşinyana vurulan şillə kimi qiymətləndirir. Onun sözlərinə görə, həmsədrlər danışıqların formatının dəyişməz olduğunu bəyan ediblər.
“Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra bildirirdi ki, Dağlıq Qarabağ ermənilərinin adından danışa bilməz və separatçı rejim müstəqil tərəf olmalıdır. Bir müddət o bu mövqeyindən geri çəkilsə də, son vaxtlar yenə də anoloji bəyanatlar verirdi. Amma həmsədrlər Paşinyanın bu mövqeyini inkar edirlər. Belə ki, həmsədrlərin son bəyanatından da görünür ki, danışıqların formatı dəyişdirilə bilməz. Beləliklə, Ermənistanın baş nazirinin bəyanatları puç oldu”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər