Siyasət

  • 5 060

Tahir Süleymanov: Azərbaycan dövləti hər zaman vətəndaşların yüksək rifahının təmin olunması istiqamətində sistemli tədbirlər həyata keçirir

image

“Azərbaycan dövləti hər zaman vətəndaşların yüksək rifahının təmin olunması istiqamətində sistemli tədbirlər həyata keçirir”. Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, Prezident İlham Əliyev vətəndaşların sosial təminatının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, qayğıya ehtiyacı olan sosial təbəqənin problemləri yüksək sviyyədə həll edilir.
“Bilirsiniz ki, fevral ayında Ağsu və Şamaxı rayonlarında zəlzələ baş verdi. Dövlət başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ciddi tapşırıqlar verdi. Bu bölgələrdə zəlzələlər baş verdiyi tarixdən cəmi bir aydan artıq vaxt ötməsinə baxmayaraq, Prezident İlham Əliyev artıq iki dəfə həmin rayonlara səfər edib. Azərbaycanın dövlət başçısının bəhs olunan son səfərləri respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi, üzləşdikləri çətinliklərin operativ qaydada aradan qaldırılması olduğunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Eyni zamanda, dövlət başçısı Özünün və komandasının əsas vəzifəsini də xalqa xidmət etməkdə görür. Prezident İlham Əliyev Ağsu şəhərində rayon sakinləri ilə görüşdə bunu bir daha xatırladaraq vurğulayıb: “Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”. Xalqımız cənab Prezidentin bu siyasətini ürəkdən bəyənir və dəstəklənir. Xalqın dövlətimizin başçısına inamı sonsuzdur”-deyə, T.Süleymanov vurğulayıb.

yap.org.az

Digər xəbərlər