Gəncədə YAP ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib

Naqif Həmzəyev: “Azərbaycan vətəndaşını əhatə edən bu cür sosial qərarlar əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılmasının təzahürüdür”

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib. Partiyanın şəhər təşkilatından SİA-ya daxil olan məlumata görə, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar şurasının sədri, millət vəkili Pərvin Kərimzadə və təşkilatın 252 ərazi ilk partiya təşkiltının sədrləri iştirak ediblər.Millət vəkili N.Həmzəyev çıxış edərək dünyada baş verən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda müstəqil Azərbaycanda hökm sürən əmin-amanlıqdan, sabitlik və təhlükəsizlik şəraitindən danışıb. Prezident İlham Əliyevin diqqət, qayğısı sayəsində ölkənin sosial müdafiə sisteminin yenilənməsinə, yeni islahatların aparılmasına diqqət çəkən millət vəkili vurğulayıb ki, qısa zaman ərzində böyük sosial paketin yalnız bir hissəsi kimi minimum əmək haqları, pensiyalar, tələbələrin təqaüdləri artırılıb, problemli kreditlərlə bağlı məsələnin həllinə aydınlıq gətirilib. “Azərbaycan vətəndaşını əhatə edən bu cür sosial qərarlar əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılmasının təzahürüdür”, deyə natiq vurğulayıb.YAP Sədrinin müavini Əli Əhmədovun mart ayının 2-də keçirilən müşavirədə söylədiyi “Yeni Azərbaycan Partiyası olaraq biz hökümətin bu siyasəti geniş ictimaiyyət arasında təbliğ etməliyik” sözlərini xatırladan N.Həmzəyev qeyd edib ki, biz partiya fəalları əldə edilən uğurlarla arxayınlaşmamalı, ölkə Başçısının vətəndaşların güzəranının, rifah halının yaxşılaşması sahəsində atdığı addımlara dəstək olmalı, ölkəmizin qüdrətinin artırılmasında var qüvvə ilə çalışmalıyıq.Görüşdə çıxış edən digər natiqlər - F.Əliyev, P.Kərimzadə, C.Bağırzadə, V.Qafarova Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin, atılan hər bir addımın xalqımızın maddi rifah halının güclənədirilməsinə, müstəqilliyimizin daha da möhkəmlənməsinə hesablandığını qeyd ediblər.

sia.az