Baş nazirinin müavini Əli Əhmədov BMT İnkişaf Proqramının rəhbərinin müavini xanım Miryana Eqqer ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer ilə görüşüb.

Baş nazirin müavini Azərbaycanın indiyədək BMT-nin İnkişaf Proqramı ilə birgə onlarla layihə həyata keçirdiyini söyləyib. Hazırda ölkəmizdə BMT-nin İnkişaf Proqramının səhiyyə, əmək və əhalinin sosial müdafiəsi sahələrini əhatə edən layihələri reallaşır. Bu layihələrin həyata keçirilməsi Azərbaycanda uğurla reallaşan bir çox islahatların nəticələrinin müsbət olmasına öz təsirini göstərir.
BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer BMT-nin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini deyib. Miryana Eqqer Azərbaycana ilk səfəri çərçivəsində tərəflər arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadilələri aparmaqda maraqlı olduğunu qeyd edib.

yap.org.az.