Siyasət

  • 3 954

Moldova prezidenti: "Qlobal oyunçular arasında gərginlik azalmayıb"

image

"Sonuncu forumdan ötən dövr ərzində həm qlobal, həm də reginal baxımından təhddidlər azalmayıb. Aktiv münaqişələrin sayının azalmasına baxmayaraq qlobal oyunçular arasında gərginlik sabit qalıb. Tam əksinə, yeni çağırışlar və yeni risklər artıb. SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən VII Qlobal Bakı Forumunda çıxışı zamanı Moldova prezidenti İqor Dodon bildirib.O, qeyd edib ki, Moldova olaraq həm Qərblə, həm də Şərqlə, həm Avropa İttifaqı, həm də MDB ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədilər: "Mən ötən il bu forumda çıxışım zamanı qeyd etdiyim kimi Moldova qarşısında "ya, ya" seçiminin qoyulmasına qarşıyam. Bizi seçim qarşısında qoyurlar, sizin siyasətiniz qərbyönümlüdür, rusiyayönümlüdür, NATO yönümlüdür ya ABŞ yönümlüdür. Lakin mən düşünürəm ki, Moldova üçün önəmli olan Moldova yönümlü siyasətdir. Bildiyiniz kimi Moldova SSRİ dağıldıqdan sonra MDB-nim üzvü oldu. 2013-2014cü illərdə biz Avropa İttifaqı ilə ciddi danışıqlar apardıq və Assosasiya sazişi imzalayaraq vizasız rejim əldə etdik. Ötən il isə biz dünyada ilk dəfə olaraq Avrasiya İqtisadi İttifaqında müşahidəçi status aldıq. Bu Moldovaya nə verir? İqtisadiyyatda həm Avropa İttifaqı ilə, həm də MDB ölkələri ilə azad ticarət. Burda pis olan nədir? Vətəndaşlar üçün həm Avropa İttifaqı ölkələrinə, həm MDB ölkələrinə vizasız rejim. Burada pis olan nədir? Burada təhlükəsizlik məsələsi ilə bağlı sual ortaya çıxır. Biz Qərbdə və ya Şərqdə özümüzü hansısa hərbi ittifaqın üzvü olaraq görürükmü? Milli təhlükəsizlik və müdafiə məsələsində biz daimi bitərfliyimizi inkişaf etdirmək və möhkəmləndirmək niyyətindəyik".

sia.az

Digər xəbərlər