Siyasət

  • 3 983

Tereza Mey: "Azərbaycanla əlaqələri gücləndirməkdə davam edirik"

image

"VII Qlobal Bakı Forumunu salamlayır, cənab Prezident İlham Əliyevə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bu fikirlər Böyük Britaniyanın baş naziri Tereza Meyin forum iştirakçılarına ünvanladığı müraciətində deyilib.O bildirib ki, Forumda maraqlı məsələlər müzakirə olunur. Britaniya ilə Azərbaycan arasında güclü əlaqələrin qurulduğunu deyən baş nazir iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ildə qurduğunu deyib: "Azərbaycanla strateji enerji əməkdaşlıq əlaqələri müzakirə edilir ki bu əməkdaşlıq uzun illər hesablanıb. İki ölkə arasında bir çox sektorda əlaqələr var ki, bunu möhkəmləndirməkdə davam edirik. Əgər bu əlaqələrin fundamenti güclüdürsə, demək ki, Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı hörmət var".T.Mey qeyd edib ki, Qlobal Bakı Forumu dünyada müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviq edilməsinə yönəlib: "Bütün fəaliyyətləri dəstəkləyirəm".

sia.az

Digər xəbərlər