Siyasət

  • 4 060

Siyavuş Novruzov: Azərbaycan dövləti yaradıcı insanlara hər zaman diqqət və qayğı göstərib

image

“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü çox təqdirəlayiqdir. Həm Ulu Öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva yaradıcı insanlara hər zaman diqqət və qayğı göstərib”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Görüş zamanı səsləndirilən təklifləri dəstəklədiyini deyən S.Novruzov bildirib ki, sənət adamları müəyyən məqamlarda həssaslıq göstərməyi bacarmalıdır. Onun sözlərinə görə, sənət adamları Dağlıq Qarabağla başlı də müəyyən təkliflərlə çıxış edə bilərlər.
“Dağlıq Qarabağ hadisələri ilə bağlı bir neçə filmi çıxmaq şərti ilə fundamental film yoxdur. Mən heç kəsin əziyyətini itirmək istəmirəm. Bu hadisələrlə bağlı “Fəryad” və “Dolu” filmləri var. Müxtəlif qısametrajlı filmlər də var. Lakin bunlar əsasən daxili auditoriya üçün nəzərdə tutulub. Biz xarici auditoriyalarda da böyük marağa səbəb olacaq filmlər çəkməliyik. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən çəkilən “Əli və Nino” filmi xüsusilə təqdirəlayiqdir. “Cavad xan”, Xocalı ilə bağlı çəkilən müəyyən sənədli filmlər də qeyd olunmalıdır. Azərbaycanın böyük tarixi şəxsiyyətləri var. Ötən il AXC-nin 100 illiyini qeyd etdik. Cümhuriyyətlə bağlı iki mühüm film oldu. Bunlardan biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyi və rəhbərliyi nəticəsində ərsəyə gəldi. Digər film isə Arzu Əliyevanın zəhməti nəticəsində çəkildi. Bu filmlərdən biri ”Son iclas”dır. Orada bütün tarixi faktlar tamaşaçılara təqdim olunur. Bu filmdə parlamentin son iclası, bolşeviklərin əsl simasının ifşa olunması və s. kimi məqamlar öz əksini tapıb. Bu filmlərdən biri isə “Əbədi ezamiyyət”dir. Bu da AXC-nin təmsilçilərinin xaricdəki fəaliyyətini əks etdirir. Şah İsmayıl Xətai Azərbaycanın çox böyük tarixi şəxsiyyətidir. Onunla bağlı filmlərin çəkilməsinə ehtiyac var”-deyə, S.Novruzov qeyd edib.

yap.org.az

Digər xəbərlər