Valdis Zatlers: Azərbaycan ilə Latviya arasında münasibətlər çox yüksək səviyyədədir

Azərbaycan ilə Latviya arasında münasibətlər çox yüksək səviyyədədir. Bu münasibətlər uzun illər ərzində yaxşı olaraq qalır. Fikrimcə, bu, latışsayağı desək, “günəş nə qədər parlayacaqsa” davam edəcək.

Bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi VII Qlobal Bakı Forumunun iştirakçılarından biri, Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.
“Mən yeddi forumun hamısında iştirak etmişəm. Mən bu yolu eksperiment kimi təşkil edilən birinci forumdan başlayaraq bu günədək keçmişəm. Forumun işində ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Orta Şərq, Balkan ölkələrinin və digər ölkələrin təmsilçiləri iştirak edirlər. Bu, hazırda real beynəlxalq forumdur və həm hakimiyyət orqanlarının, həm də elm və ictimai xadimlərin böyük marağına səbəb olur”, - deyə Valdis Zatlers əlavə edib.

yap.org.az