Siyasət

  • 4 825

Novruz Məmmədov: Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub

image

2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olub. Bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.

N.Məmmədov bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi böyük təmtəraqla qeyd edildi.
Baş nazir vurğulayıb ki, 2018-ci ildə keçirilən prezident seçkilərində müdrik xalqımız ən doğru seçim edərək İlham Əliyevi prezident seçdi, ölkədə sabitliyə, inkişafa səs verdi. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirdi və qarşıda duran strateji hədəflər müəyyən edildi.
N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub.
O deyib ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Baş nazir bildirib ki, ötən il ərzində Azərbaycanda əhalinin sosial təminatı yaxşılaşdırılıb, əməkhaqları, pensiyalar, müavinətlər artırılıb.
N.Məmmədov vurğulayıb ki, ötən il Azərbaycanın qida məhsulları ilə özünü təmin etməsinə böyük diqqət ayrılıb və bu istiqamətdə dövlət dəstəyi davam etdirilib:
"Əkin sahələrinin suvarma sisteminin yaxşılaşdırılmasına da diqqət ayrılıb, eyni zamanda, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 314 subartezian quyusu qazılıb, suvarma kanallarının, kollektor şəbəkəsinin yaradılması istiqamətində müvafiq işlər görülüb. Həmçinin 50 aqroparkın yaradılması istiqamətində işlər aparılır".

yap.org.az

Digər xəbərlər