Siyasət

  • 3 867

Deputat Bakıda keçirilən Forumun əhəmiyyətindən danışdı ÖZƏL-ŞƏRH

image

"Bu gün Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi. Ölkə Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu öz işinə başlayıb. 55 ölkədən 500-dən çox nümayəndə Azərbaycanın paytaxtı Bakıya toplaşaraq dünyada cərəyan edən qlobal və regional əhəmiyyət daşıyan məsələləri müzakirə edir. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri, “Dünyanın yeni xarici siyasəti”ni müzakirə etmək üçün məhz Bakının seçilməsi heç də təsadüfi deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.Deputatın sözlərinə görə, artıq bütün dünya Azərbaycanın bir çox qlobal, beynəlxalq tədbirlərin keçirildiyi mərkəz olduğunu, dialoq və mədəniyyət məkanı sayıldığını və ən əsası sabitlik adası olduğunu yaxşı bilir: "Ölkə Prezidenti İlham Əliyev də çıxışında Forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb və Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırıb.Müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn Azərbaycanın xarici siyasətindən danışan Prezident İlham Əliyev ölkəmizin tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirdiyini, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurduğunu qeyd edib.

Azərbaycan tolerant, çoxetnoslu mədəniyyətə sahib ölkə kimi nümunə göstərilir. Lakin Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi, işğalçı Ermənistan və onun arxasında dayanan qüvvələr ilə bağlı məsələlərin tolerantlığa, birgəyaşayışa, mədəniyyətlərarası dialoqa, ümumiyyətlə, regiondakı sülhə, barışa mane olduğunu xüsusi ilə diqqətə çatdırıb. Ölkə başçısı bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını Forumda iştirak edən 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavininə, 42 sabiq dövlət başçısına, çoxsaylı analitiklərə, jurnalistlərə, gənc liderlərə bir daha xatırlatdı.İnanıram ki, üç gün davam edəcək Forum “Dünyanın yeni xarici siyasəti”ni müəyyənləşdirəcək və Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində müsbət nəticələrin əldə edilməsinə təkan olacaq".

sia.az

Digər xəbərlər