Siyasət

  • 4 038

Deputat: "Əlil tələbələr təhsil haqqından azad edilsin"

image

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında əlil tələbələrin təhsil haqqından azad edilməsi təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə, deputat bildirib ki, Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxsləri tam şəkildə təhsil almasına imkan yarada bilər: “Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar təhsil haqqından azad edilməsini xahiş edirlər. Bunun bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar”.

sia.az

Digər xəbərlər