"Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edirlər" AÇIQLAMA

“2018-ci il Azərbaycan xalqının taleyində əlamətdar il olub. Bu gün bizə təqdim olunan hesabatda müəyyən məsələlərə toxunulub. 2018-ci ilin hesabatını ilk növbədə Azərbaycan özü verib. Xalqımızın 2018-ci ildə prezident seçkilərində Ulu Öndər Heydər Əliyev yoluna səs verərək Prezident İlham Əliyevi dəstəkləməsi artıq 2018-ci ilin hesbatına verilən qiymət idi”. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Komitə sədi Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci ilin hesabatının müzakirəsi zamanı deyib.O bildirib ki, ötən il prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatalara nəzər yetirsək, iqtisadiyyatımız daha da inkişaf etdiyini, bir sıra sosial problemlərin həll olunduğunu və yeni infrastrukturun yarandığını görərik: “Ötən il Nazirlər Kabinetində böyük ishatalar keçirildi. Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi. İqtisadiyyatımızın inkişafına, sosial məsələlərin həllinə mane törədən strukturlar ləğv edildi, zəruri, təlabatı olan yeni strukturlar formalaşdı və bu gün formalaşmaqdadır”.S.Novruzov qeyd edib ki, cənab Prezident tərəfindən son aylarda imzalanan sərəncamlar, verilən qərarlar 2019-cu ilin dövlət büdcəsində əvvəlcədən öz əksini tapmışdı: “Həm sosial, həm iqtisadi sahədə, həm də problemli kreditlərlə bağlı məsələlərlə bağlı atılan addımlar dünyanın heç bir yerində həll edilmir. Azərbaycanda həyata keçirilən bütün işlər əhalinin sosial rifah halının yaxşılaması üçündür. İnsanlar da bunu başa düşür və öz prezidentlərini dəstəkləyir, iqtidar-xalq birliyi nümayiş olunur”Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyənlərin bu islahatlara kölgə salmaq istədiklərinə təssüfünü ifadə edən deputat qeyd edib ki, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: “Bir daha qeyd edirəm ki, həyata keçirilən işlər, atılan addımlar ötən il Prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edirlər. Bu yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”.S.Novruzov əlavə edib ki, Naxçıvan blokada şəraiti olmasına baxmayaraq, orada da mühüm işlər görülür, yollar çəkilir, turizmin inkişafı genişlənir: "Blokada şəraitində olan ərazidə həyata keçirilən islahatlar, quruculuq, abadlıq işləri. təhsil, səhiyyə sahəsində görülən blokada olmayan digər dövlətlərlə müqayisədə daha geniş şəkildə həyata keçirilir"

sia.az