Siyasət

  • 3 831

Türkiyə KİV-lərində VII Qlobal Bakı Forumundan geniş bəhs edilib

image

Azərbaycanın paytaxtı Bakı şəhərində Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də işə başlayan VII Qlobal Forum Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılmaqdadır.

Prezident İlham Əliyevinin Forumun açılış mərasimindəki dərin məzmunlu nitqi KİV-lərin diqqət mərkəzindədir. Məlumatlarda Prezident İlham Əliyevin təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələri, eləcə də beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin işğal altında saxlanılması, o cümlədən bütün bu həqiqətlərin ATƏT-in hesabatında öz əksini tapması, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal altındakı ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsi və bu tələblərin Ermənistan tərəfindən yerinə yetirilməməsi, BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatların oxşar qətnamə və qərarları barədə sadaladığı faktlara geniş yer ayrılıb.
Anadolu agentliyinin yaydığı “Prezident Əliyev: Azərbaycan müstəqil xarici siyasət yürüdür” sərlövhəli məlumat ölkənin aparıcı KİV-ləri tərəfindən tirajlanıb. Nüfuzlu İhlas Xəbər Agentliyinin (İHA) Forumdan hazırladığı videomaterialda Prezident İlham Əliyevin çıxışına geniş yer verilib.
TRT AVAZ, CNN TÜRK televiziya kanalları, “Yeni Şəfəq”, “Yeni Akıt” və digər telekanallar, qəzetlər də Bakı Forumu ilə bağlı türkdilli oxuculara geniş məlumat veriblər. İnformasiyalarda Forumun yüksək təşkilatçılıqla keçirildiyi, həmçinin nüfuzlu tərkibi barədə mühüm məqamlar diqqətə çatdırılır.

yap.org.az

Digər xəbərlər