Siyasət

  • 3 702

"Sərəncam Azərbaycanın hüquqi demokratik dəyərlərə sadiq olduğunu təsdiqlədi" AÇIQLAMA-ÖZƏL

image

“Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında imzaladığı Sərəncam Azərbaycanın hüquqi demokratik və humanist dəyərlərə sadiq dövlət olduğunu təsdiqlədi”. Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib.Ölkə başçısının Novruz bayramı münasibətilə martın 16-da imzaladığı əfv Sərəncamının 431 nəfərə şamil edildiyini, onlardan 399-un azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunduğunu xatırladan polkovnik söyləyib ki, Sərəncam ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutu, humanizmin bariz göstəricisidir: “Sərəncam Cinayət Məcəlləsinin demək olar ki, bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlətimizin başçısının fəaliyyətinin ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür”.C. Xəlilov qeyd edib ki, Respublika veteranları imzalanan əfv Sərəncamını yüksək qiymətləndirir və inanır ki, əfv olunanlar Azərbaycan cəmiyyətinə layiqincə inteqrasiya olunacaq, dövlətimizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər.

sia.az

Digər xəbərlər