Siyasət

  • 3 920

Sahibə Qafarova: Forumda aparılan müzakirələr dünyada mövcud olan qlobal problemlərin həllinə öz töhfəsini verəcək

image

“VII Qlobal Bakı Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Aktual problemlərin həlli, dünyada yaşanan böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Forum dünyanın tanınmış siyasi, ictimai, elm xadimlərinə, dövlət rəsmilərinə, jurnalistlərə bir yerə toplaşıb problemlərin həllini tapmağa şərait yaradır. Foruma beynəlxalq maraq və tədbirə qatılanların sayı ildən–ilə artır. Ona görə də, bu Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir.
“Ümumiyyətlə, Azərbaycan artıq öz təcrübəsində bu kimi qlobal tədbirlərə uğurla ev sahibliyi etmək bacarığını sübuta yetirib. Bu mənada VII Qlobal Bakı Forumu da kifayət qədər əlamətdar və məhsuldar keçməklə, ölkəmizin sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına, müasir dövrdə texnologiya və elm əsaslı iqtisadiyyatın təşviq olunmasına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Forumdakı iştirakı və çox dərin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Forumda iştirak edən qonaqlar Prezidentin çıxışını, dövlətimizin başçısının problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini, yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndirdilər. Forumda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yolları, uğurlu xarici siyasət məsələləri, humanizm və bəşəri məsuliyyətin zəruriliyi, dayanıqlı inkişaf məqsədləri və digər mühüm məsələlər müzakirə olunub. Bütün bunlar dünyanı düşündürən məsələlərdir. Şübhəsiz ki, Forumda aparılan müzakirələr dünyada mövcud olan qlobal problemlərin həllinə öz töhfəsini verəcək”-deyə, S.Qafarova qeyd edib.

yap.org.az

Digər xəbərlər