Siyasət

  • 3 806

"Kazaryanın taleyi rəsmi İrəvanı narahat edir” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan sərhəddini gizli keçib diversiya törətməyə çalışan və 20 il həbs cəzasına məhkum edilən Karen Kazaryanın taleyi rəsmi İrəvanı narahat edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.“Çünki, Karen Kazaryanın qohumları yol kəsir və hökumətə ultimatum irəli sürürlər. İkincisi, bir müddət sonra baş nazir Nikol Paşinyana müxalif olan qüvvələr Kazaryan kartından ona qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklər. Ona görə də Ermənistanın hazırki hakimiyyəti bu məsələnin həll yollarını axtarır.Ermənistanın müdafiə naziri David Tonoyan Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyinin başçısını qəbul edərək Kazaryan məsələsini geniş müzakirə edib. Həll yolu bəllidir: Dağlıq Qarabağdakı iki girovumuzu qaytarın, Karen Kazaryanı geri alın! Ancaq Paşinyan bu addımı atmaqdan qorxur, çünki iki vətəndaşımız Dağlıq Qarabağdakı separatçıların girovluğundadır, separatçılara minnətçi düşərək gələcək aylarda “Qarabağ klanının” təzyiqi ilə üzləşməkdən ehtiyat edir”-deyə, politoloq fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər