"Sərəncam ölkə başçısının humanist dəyərlərə sadiqliyini bir daha sübut etdi" RƏY-ÖZƏL

"Müasir Azərbaycan tarixində bir çox ənənənin, o cümlədən əfv siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Sevindirici haldir ki, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövrünə nəzər saldıqda imzalanan çoxsaylı əfv sərəncamlarının şahidi oluruq ki, bu da ali dərəcədə xalqa göstərilən diqqət və qayğının bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Quliyev deyib.Deputat bildirib ki, hər zaman olduğu kimi Azərbaycanımızın rifahı naminə müntəzəm çalışan, mühüm qərarlarları ilə daim xalqın yanında olduğunu təsdiqləyən cənab Prezidentimiz İlham Əliyev 16 mart 2019-cu ildə növbəti əfv Sərəncamını imzalayaraq onlarla ailəyə və yüzlərlə insana xüsusi bayram sevinci yaşatdı: "Əfv olunan şəxslərin siyahısına nəzər saldıqda, burada cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 431 vətəndaşın olduğunu görmüş olarıq ki, bu da cənab Prezidentin humanistliyindən xəbər verir. Xüsusi qeyd etmək istərdim ki, bu Sərəncam Azərbaycanın hüquqi, demokratik dövlət olduğunu və ölkə başçısının humanist dəyərlərə sadiqliyini bir daha sübut etdi"“Ölkə Prezidentinin yüksək humanizm və böyüklük nümayiş etdirərək 431 nəfərə şamil edilən əfv Sərəncamı imzalaması Novruz bayramı ərəfəsində xalqımıza ən yaxşı bayram hədiyyəsidir. Bu, yüzlərlə ailəyə sevinc payı bəxş edən bir hədiyyədir. 399 nəfərin azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş hissəsinin əfv edilməsi xüsusilə təqdirəlayiqdir. İki nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi bu Sərəncama daha yüksək humanizm çalarları qatır. Cənab Prezidentin bu sərəncamı bütün xalqımızı sevindirdiyi kimi, deputatı olduğum Sabirabad rayon camaatını tərəfindən də alqışlanır. Gun ərzində seçicilərimdən aldığım yüzlərlə telefon zəngi də bunu deməyə əsas verir. Seçicilərim adından belə bir humanist addım atdığına görə cənab Prezidentə təşəkkürümü bildirirəm”- deyə, E.Quliyev vurğulayıb.

sia.az